Bia.Az

Bakıda valideynlər övladlarını məktəbə göndərməkdən imtina etdilər

Cəmiyyət
 29-09-2021, 11:32     227

Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin valideynləri övladlarının yeni dərs ilində məktəbə göndərmələrindın imtina ediblər.

Buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir. Belə ki, əvvəlki illərdə həmin şagirdlər təhsil müəssisəsinə səhər növbəsində gəlirdilər. Bu qərar valideynlərlə məsləhətləşmədən və xəbərdarlıq edilmədən qəbul olunub.
Valideynlərin əksəriyyəti 18 saylı məktəbi məhz bir növbəli olduğuna görə seçiblər. İndiki dəyişiklik isə işləyən valideynləri çətin vəziyyətə salıb. Onlar bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, heç bir cavab almayıblar.
Valideynlər bildiriblər ki, övladlarını birinci növbəyə qaytarılmayana qədər dərsə buraxılmayacaqlar.скачать dle 12.1