Bia.Az

İRANDAN AZƏRBAYCANA İSTERİK CAVAB... – "Dözümlülük nümayiş etdirmək fikrində deyilik"

Siyasət
 29-09-2021, 10:58     192

“Ölkəmizin şimali-qərbində (Aslandüz) hərbi təlimlər keçirməyimiz bizim suveren hüququmuzdur. Bu təlimlər bölgənin sülh və təhlükəsizliyi üçündür. İran sionist rejimin sərhədlərinə yaxın ərazilərdə yerləşməsinə icazə verməyəcək. Öz təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri həyata keçirəcək”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri İran XİN-in mətbuat katibi Səid Xətibzadə deyib. O qeyd edib ki, siyonist rejimin sərhəddə yaxın ərazilərdə yerləşməsinə səbr etmək niyyətləri yoxdur. “Sionist rejimin sərhədlərimizə yaxın ərazilərdə yerləşməsinə səbr etmək və dözümlülük nümayiş etdirmək fikrində deyilik. Təhlükəsizliyin təmin edilməsi üçün lazım olan bütün tədbirləıri görəcəyik”.
Xətibzadə dünən “Anadolu” Agentliyinə açıqlama verən Azərbaycan Prezidenti İlham Əliyevin İranla bağlı dediklərinə də münasibət bildirib. “İki tərəf arasında ən üst səviyyədə və qarşılıqlı hörmətə dayanan münasibət və əlaqə varkən, bunu bu şəkildə ifadə etmək çox təəccüblüdür. İstər bu məsələdə, istərsə də digər məsələlərlə bağlı Nyu Yorkda Azərbaycan və İran XİN başçıları səviyyəsində keçirilən görüşdə müzakirələr aparılıb. Həmin mövzuların uyğun bir yerdə müzakirə edilməsi qərara alınıb”.
İran XİN-in mətbuat katibi vurğulayıb ki, təmsil etdiyi ölkə başqa "dövlətlərin ərazi bütövlüyü və beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə hörmətlə yanaşır və işğala qarşıdır”.
Səid Xətibzadə İlham Əliyevin İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər barədəki tənqidi fikrinə bu şəkildə münasibət bildirib: “İran öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”.

Bəyanatı şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, İran rəsmiləri və diplomatları yenə Azərbaycan-İsrail tərəfdaşlığına işarə edirlər: “Məgər Azərbaycan öz ərazisində İsraillə birgə hərbi təlimlər keçirib və ya Tehranın sionist rejim adlandırdığı ölkə Azərbaycan ərazisindən İranı təhdid edib? Prezident İlham Əliyev haqlı olaraq sual edib: “Əlbəttə, öz ərazisində hərbi təlimlər keçirmək İranın daxili işidir, ancaq nədən Azərbaycan torpaqları işğal altında olduğu illərdə sərhəddə təlimlər keçirmirdilər, elə ki, Azərbaycan öz torpaqlarını azad etdi, Arazın o tayında təlimlərə ehtiyac duyuldu?” Bu suala cavab vermək əvəzinə yenə İsraili bəhanə gətiriblər”.
Xatırladaq ki, Türkiyənin “Anadolu” agentliyinə son müsahibəsində İlham Əliyev İran yük maşınlarının Qarabağa qanunsuz, qaçaqmalçılıq yolu ilə, sərbəst şəkildə girib-çıxmasının yolverilməz və ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlik olduğunu, habelə mehriban qonşuluq münasibətləri ilə bir araya sığmadığını, belə qanunsuz hərəkətlərə son qoyulmalı olduğunu bildirib. Eyni zamanda, bu cür hərəkətlər davam elədiyi üçün rəsmi Bakının səbirlə davrandığına, öncə xahişlərdə bulunduğuna, ardınca xəbərdarlıq elədiyinə, sonra isə rəsmi etiraz notası təqdim eləmək zorunda qaldığına diqqət çəkib. Bütün bunlar da effekt verməyəndə isə suveren dövlət olaraq Azərbaycan öz sərhədində – Gorus-Qafan yolunda məlum önləyici və sərt tədbirlərə qərar verib.
Haqlı iradlar deyilmi? Burada İran tərəfinin qüruruna toxuna biləcək nə var?
Dövlət başçısı İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə də münasibət bildirmiş və belə demişdi: “O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz. Ancaq eyni zamanda, bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”.
*
Azərbaycan-İran münasibətləri regionda sabitləşdirici rol oynayır"
Göründüyü kimi, rəsmi Tehran bu haqlı, legitim suallara cavab vermək əvəzinə, “atı daşlığa sürüb” və faktiki Azərbaycan tərəfinə ünvanlı əsassız, hətta hədə xarakterli, sərf emosional və isterik bir reaksiya sərgiləyib...скачать dle 12.1