Bia.Az

Ramil Şükürov danışdı, illüminati göründü: "Fəaliyyətimiz qanunidir və bəzilərinin "göz"ü götürmür""

Gündəm / Sosial
 3-09-2021, 14:46     504

"TALE-QADIN" xeyriyyə İctimai Birliyinin tərkibində yaradılaraq "Yeni İctimai Nəzarət" şurası adı altında fəaliyyət göstərən təşkilatın sədri Ramil Şükürov "Demokratik.Az" saytında və eyniadlı youtube kanalında yer alan tənqidi fikirlərə münasibət bildirib. Şura sədri saytımızın da önə sürdüyü bəzi ittihamlarla və "İctimai Nəzarət Koalisiyası"nın sədri Rasim Məmmədovun onun barəsində səsləndirdiyi fikirlərlə razılaşmadığını, qanuni əsaslarla fəaliyyət göstərdiklərini qeyd edib.



Xatırladaq ki, ötən gün Demokratik.Az-ın yayımladığı Saxta vəsiqəli "Yeni ictimai Nəzarət" Şurasının üzvləri nə işlə məşğuldular? - Bəs Turani Əliyev? başlıqlı xəbərdə sözügedən təşkilatın Tovuz və Göygöl rayonları üzrə fəaliyyəti tənqid olunub. Xüsusilə, bir sıra vətəndaşların müraciətləri nəzərə alınaraq, "Şura"nın öz üzvlərinə paylamış olduğu vəsiqələrin qeyri-müəyyənliyi, qadın "xeyriyyə təşkilatı"nın birdən-birə "yeni ictimai nəzarət şurası" yaradılmaqla siyasi fəaliyyətə başlaması oxucuların diqqətinə çatdırılıb.

İnanırıq ki, aidiyyatı dövlət qurumları da ictimai nəzarət funksiyası həyata keçirdiyini iddia edən təşkilatlara və şəxslərə qarşı xüsusi təftiş həyata keçirəcək.

Redaksiyadan: "Kaş onu da biləydik - Ramil Şükürovun stoluna qoyduğu illüminati nişanəsi ilə daha nələri ifadə edir?

Ramil Şükürov danışdı, illüminati göründü: "Fəaliyyətimiz qanunidir və bəzilərinin "göz"ü götürmür""скачать dle 12.1