Bia.Az

“McDonalds”ın iş elanı etirazla qarşılandı

Dünya
 3-09-2021, 10:28     221

ABŞ-ın Oreqon ştatındakı “McDonalds” restoranlarından biri 14-15 yaşlı yeniyetmələrin işə qəbulu ilə bağlı elan verib.
Xarici KİV bildirir ki, elan ştat qanunlarına uyğun olsa da, yerli əhali tərəfindən sosial şəbəkələrdə sərt tənqidlə qarşılanıb. Şirkət azyaşlıların əməyinin istismar edilməsində günahlandırılıb.

Restoranın sahibi Hizer Kennedi bildirib ki, pandemiyadan sonra işçi çatışmazlığı ilə üzləşdiyindən yeniyetmələri işə cəlb etməyı qərara alıb. O, 40 illik restoran fəaliyyəti təcrübəsində ilk dəfə işçi qıtlığı ilə qarşılaşdığını qeyd edib.скачать dle 12.1