Bia.Az

ANA

Gündəm
 21-03-2020, 19:29     379

ANA

















Kəbəmdi Məkkəmdi əldə Quranım
Alnımın Namazı əl dəstəmazı
La İlahə İlallahı deyən dilimdir Ana
İslam qapısı Məhəmmədimi Zülfüqar sahibi Həzrət Əlini Fatimeyi Zəhra Xanım Zeynəbi
Bəxş edən Allahdır Yetirən Ana
Kainat bütünlüklə baş əyir ona
Ana müqəddəsdir Ana əyilməz
O göylərin ulduzu yerə yenilməz
O Tanrının haqq səsidir
Haqqı tükənməz
Haqqın özündə bir haqdır Ana
Qaranlıq zülmətə çırağım Ana
Dəryalar öyünməsin dərinliyi ilə
Səmalar etməsin qürur enginliyi ilə
Yerin də göyün də külleyi ərzin
O Cənnət məkana bir Mələkdir Ana
Bağışla Anacan bağışla məni
Ah, niyə gec bildim sənin dəyərini
Bağışla Anacan gəl əfv et məni
Sən yoxkən tuğyan edir başımda sənsizlik dəmi
Mənim bu dərdimə ahu zarıma
Küləklər haykırdı şimşəklər çaxıb
Yağış ağladı yağış ağladı ağladı ağladı

Şairə: Vüsalə İsmayılova.

Atatv.az
скачать dle 12.1