Bia.Az

Ramiz Mehdiyev cərimələndi

Hadisə
 31-08-2021, 11:14     209

Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları tərəfindən cərimələnib.

Hurriyyet.az məlumatına görə, Ramiz Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəməyib.

Bu müddət ərzində “Azəriqaz” əməkdaşları mavi yanacağa görə borcun miqdarını hesablaya bilməyiblər. Çünki sayğaç içəridə quraşdırılıb və onların villaya daxil olmasına icazə verilməyib.
Məlumata görə, bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə R.Mehdiyevin villasına daxil olan əməkdaşlar PA-nın sabiq rəhbərinin 16 min manat həcmində cərimələyiblər.скачать dle 12.1