Bia.Az

"Qorxulu günlər yaşayırıq" – Vaqner

Gündəm
 21-03-2020, 09:10     322

"Qorxulu günlər yaşayırıq" – Vaqner"Qarabağ"ın qapıçısı Vaqner da Silva koronavirus pandemiyası ilə bağlı Azərbaycanda yaranan durumdan danışıb.

bia.az xəbər verir ki, "Globoesporte" nəşrinə müsahibəsində braziliyalı futbolçu deyib ki, Bakıda məktəblər üç həftədir ki, bağlıdır: “Ticarət mərkəzləri işləmir, restoranlar məhdud saatlarda açıqdır".

O, küçələrdə insanların az olduğunu və ölkədə bir çox uçuşların ləğv edildiyi bildirib: "Qorxulu günlər yaşayırıq. Bunlardan əlavə İran Azərbaycanla həmsərhəddir, Çin və İtaliya ilə birlikdə koronavirusa görə ölüm hadisəsinin çox olduğu ölkələrdən biridir".

Vaqner çempionatın təxirə salındığını və hazırda evdə olduğunu vurğulayıb: "İşə qayıda biləcəyimiz üçün ikinci əmri gözləyirik. Bu pandemiyadan xəbərdar olmaq və hamının yaxşılığı barədə düşünmək vacibdir. Mən ölkəmdən çox uzaqdayam və ümid edirəm ki, Braziliyada lazım olan addımlar atılır. İnanıram ki, bu virus Braziliyada o qədər də güclü bir şəkildə yayılmır, hər şey yaxşı ola bilər. Orada ailə üzvlərim var, dua edirəm ki, virus tezliklə keçsin və normal həyata qayıda bilək. Çox şey gücümüzdən asılıdır və əminəm ki, Tanrının köməyi ilə hər şey qısa müddətdə normallaşacaq"скачать dle 12.1