Bia.Az

MUROVDAĞDA MİSİLSİZ ŞÜCAƏT GÖSTƏRƏN ŞƏHİDİMİZ - Beş bacının tək qardaşı olan şəhidimizin doğum günüdür + VİDEO

Cəmiyyət
 29-08-2021, 11:19     256

Bu gün Vətən Müharibəsi şəhidi Əli Cəfərovun şəhadətindən sonra ilk doğum günüdür.Əli Cəfərov 1993-cü ildə Astara dünyaya göz açıb. Beş bacının tək qardaşı kimi böyüyüb.

O, Astara rayon Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləşlə də məşğul olub.

2011-13-cü illərdə kəşfiyyatçı kimi hərbi xidmət keçib.

Vətən müharibəsinə könüllü qatılan Əli Cəfərov Talış və Suqovuşanın, Murovdağ yüksəkliyinin alınmasında misilsiz şücaət göstərib.
Elə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 2020-ci ilin 4 noyabr tarixində doğulduğu kənddə - Astara rayonunun Maşxan kəndində dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.




скачать dle 12.1