Arxiv

Oxunub:272 / 02 fev 14:55hadise

Bakıda "yanan bina" hadisəsi yenidən təkrarlandı: bina külə döndü, 12 ailə isə... - VİDEO



Bakıda "yanan bina" hadisəsi yenidən təkrarlandı: bina külə döndü, 12 ailə isə... - VİDEO




















Bakının Xətai rayonu NZS qəsəbəsində gecə saatlarında yanğın hadisəsi baş verib.

Sakinlərin verdiyi məlumata görə, yanğın qəsəbə ərazisində yerləşən 2 mərtəbəli binada başlayıb. 12 ailə binanın gecə saatlarında yanmasından sonra küçədə qalmaq məcburiyyətində qalıblar. Xoşbəxtçilikdən heç bir itki olmasa da, binanın belə heç bir səsbəb olmadan yanması onlarda müxtəlif şüphələrə səbəb olub.

Yanğın baş verən əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb edilsə də, bina tamamilə külə dönüb.

Qeyd edək ki, 2015-ci il mayın 19-da Bakının Binəqədi rayonunda binada yanğın hadisəsi baş vermişdi. Binada baş verən yanğınla bağlı hələ də məhkəmə prossesi davam etdirilir. İddialar arasında binanın kimlərsə tərəfindən yandırılması versiyası da öz qüvvəsini hələ də qorumaqdadır.