Bia.Az

"Bunlara görə Sabirabad DAİM-in direktoru Yaqubov Heydər Mirağa oğlu məsuliyyət daşıyır..." - Prezidentə müraciət olundu

Bölgə
 25-08-2021, 15:07     422

Saatlı rayon Mollavaizli kənd sakini Asim Əvəz oğlu Əliyev ölkə rəhbərliyinə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Cənab Prezident!
Bildirirəm ki, Azərbaycan Respublikası Ali Qanunu Konstitusiyasına və
İnformasiya əldə etmək haqqında Qanuna əsasən Sabirabad Dövlət Aqrar İnkişaf
Mərkəzinin direktoru Yaqubov Heydər Mirağa oğluna 12 iyul 2021-ci il tarixində
elektron qaydada (İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının
Qanunun 13-cü maddəsinə əsasən) informasiya sorğusu ünvanlamışam.
Sorğunun ünvanladığım günü Sabirabad DAİM-in direktoru Heydər Yaqubov
Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun
tələblərini pozaraq mənə imzalanmamış, tarix və qeydiyyat nömrəsi qoyulmamış
qanunsuz cavab məktubu göndərib. Dəfələrlə şikayət etsəmdə bu günə kimi
Heydər Yaqubov həmin məktubu mənə qanuni formada göndərməmişdir. Bu şəxs
Kənd Təsərrüfatı Nazirliyində kimlərəsə arxalanaraq Ulu Öndər Heydər Əliyevin
və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi
Qanun və Fərmanları pozur. Kənd Təsərrüfatı Nazirliyi isə dəfələrlə şikayət
etməyimə baxmayaraq bu hala hələdə susur.
Qeyd edim ki, Sabirabad DAİM-in direktoru Heydər Yaqubova ünvanladığım
informasiya sorğusu Azərbaycan Respublikasının Konstitusiyasına, İlham Heydər
oğlu Əliyevin Prezident olduğu müstəqil, unitar, demokratik, dünyavi, Azərbaycan
dövlətinin qanunlarına istinad edilməklə tərtib edilmişdir. Məqsədim və amalım
Azərbaycan Dövlətinə, Azərbaycan Prezidentinə dəstək vermək, Onun daxili və
xarici siyasətinə əks olan özbaşınalıqlara qarşı mübarizə aparmaq, məmur
özbaşınalığını ifşa etməkdir.
Bir çox şkayətlərimdən sonra, Sabirabad DAİM-in direktoru Heydər Yaqubov
mənə yalnız sorğudan yayınmaq məqsədi ilə ümumi müddəalardan ibarət görüntü
xatiri daşıyan məktub göndərmişdir (19.08.2021-ci il tarixli 329 saylı). Cavaba öz
etirazımı bildirmək məqsədi ilə bütün verilmiş cavabların qanunsuz olmasını birbir əsaslandıraraq Sabirabad DAİM-in direktoru Heydər Yaqubova cavabdan etiraz
məktubumu ünvanlamışam. Nəzərinizə çatdırım ki, göndərdiyim bütün cavabların
surətini Kənd Təsərrüfatı Nazirliyinə də ünvanlamışam.
İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanununun
6.1.9-cu və 10.4.8-ci maddələrinə əsasən Sabirabad DAİM-in direktoru Yaqubov
Heydər Mirağa oğlu məsuliyyət daşıyır.
Maddə 6.1.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya
sahiblərinin məsuliyyət daşıması; Maddə 10.1. İnformasiya sahibi öz
informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər
şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş
qaydada təmin etməyə borcludur. Maddə 10.4.1. informasiya sorğusunu ən qısa
zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; Maddə 10.4.4.
açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada
və müddətdə açıqlamalıdır; Maddə 10.4.5. sorğuçuya kömək göstərməlidir;
Maddə 10.4.8. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya
verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və
mötəbərliyini yoxlamalıdır. Maddə 14.1.1. sənədlə tanış olmaq üçün ayrılmış
yerə daxil olma; Maddə 14.1.2. sənədin üzünün köçürülməsi; Maddə 14.1.3.
informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin
çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;

Kənd Təsərrüfatı Nazirliyinə və Sabirabad DAİM-in direktoru Heydər
Yaqubova İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının
Qanunlarını (maddə 14.1.1, maddə 14.1.2) əsas tutaraq məktub ünvanlamışam ki,
mənə şərait yaradılsın mən Sabirabad DAİM-in binasında sənədlər üçün ayrılmış
yerə daxil olaraq sorğumla bağlı sənədlərin surətlərini əldə edim. Lakin bu günə
kimi mənə heç bir cavab verilməyib. Sabirabad DAİM-in direktoru Heydər
Yaqubov bu qədər qanunsuz hərəkətlər etməklə yalnız Kənd Təsərrüfatı
Nazirliyində olan “day-dayısına” güvənir.
Hörmətli Ombudman! Hörmətli Baş Prokuror! Hörmətli Media Nümayəndələri!
Cənab Prezidentimizin apardığı bu islahatlara mane olan Sabirabad DAİM-in
direktoru Heydər Yaqubovun qanunsuz əməllərinin ifşa olunmasında sizdən xahiş
edirəm ki, mənə öz köməkliklərinizi göstərəsiniz. Açıq-aydın bəlli olur ki,
Sabirabad DAİM-in direktoru Heydər Yaqubovun mənim sorğumdan min bir
bəhanə ilə yayınmasının əsas səbəbi onun Sabirabad DAİM-də etdiyi
qanunsuzluqlar və dövlət əmlakını mənimsənilməsidir. Əgər belə olmasaydı
Heydər Yaqubov bu günə kimi mənim sorğuma tam qanuni və düzgün cavab
verərdi. Sizdən xahiş edirəm ki, media nümayəndələri ilə birlikdə mənim də
iştirakım təmin olunmaqla Sabirabad DAİM-də ciddi yoxlamaların aparılması üçün
öz tapşırıqlarınızı verəsiniz. Nəzərinizə çatdırım ki, Sabirabad DAİM-in direktoru
Heydər Yaqubov barəsində Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət
etmişəm və məhkəmə 23 sentyabr 2021-ci ilə təyin olunub. Media
nümayəndələrinin məhkəmədə iştirakını xahiş edirəm. Öncədən təşəkkürümü
bildirirəm.
İnformasiya əldə etmək haqqında Qanunun məqsədi Azərbaycan Respublikası
Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst,
maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin
prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin,
ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait
yaratmaqdan ibarətdir".

"Bunlara görə Sabirabad DAİM-in direktoru Yaqubov Heydər Mirağa oğlu məsuliyyət daşıyır..." - Prezidentə müraciət olundu



DİA.AZ bildirir ki, daha sonra narazı vətəndaş yoladığı informasiya sorğusunun mətnini də təqdim edib:

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
Cənab Yaqubov Heydər Mirağa oğluna
Ünvan: Sabirabad rayonu, Qalaqayın kəndi
Mobil: 050-213-04-72
E-mail: [email protected]
İNFORMASİYA SORĞUSU
Sorğu verən: Azərbaycan Respublikası Prezidentinin Dövlət Əmlakının
Xərclənməsi və Dövlət Əmlakına İctimai Nəzarət Mexanizmlərinin
həyata keçirilməsi üzrə İctimaiyyət Nümayəndəsi
Asim Əvəz oğlu Əliyev
Ünvan : Saatlı rayon Mollavaizli kəndi
Mobil : (055) 393 94 13
E-mail : [email protected]
Hörmətli cənab Heydər müəllim!
Azərbaycan Respublikasının Konstitusiyasına və “İnformasiya əldə etmək
haqqında ”qanununa əsasən aşağıdakı məlumatları verməyiniz sizdən xahiş olunur.
1. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) 2019-2020 və 2020-
2021-ci illərdə fermerlərə ayrılan (əkin sahələrinin əkilməsinə görə)
ssubsidiyanın tam həcmi nə qədər olub?
2. Sabirabad DAİM-in Sabirabad rayon ərazisində qeydə aldığı əkilmiş torpaq
sahələrinin 2019-2020 və 2020-2021-ci illərdə sahəsi hektarla və həmin
sahələrə görə ayrılan vəsaitin tam həcmi göstərilməklə.
3. Sabirabad DAİM tərəfindən monitorinq edilmiş əkin sahələrində (taxıl və
digər bitgilər ayrı-ayrılıqda) nə qədər 2019-2020 və 2020-2021-ci illərdə
əkin sahəsi olmuşdur? Əkin sahəsi kimi qeydə alınmış və dövlət tərəfindən
ssubsidiya ayrılmış lakin əkin əkilməmiş sahə nə qədər olmuşdur?
4. Sabirabad DAİM tərəfindən fermerlərə ayrılan ssubsidiya hesabında
nəğdləşdirilməsi qadağan olunmuş (kimyəvi maddələr, gübrələr və.s üçün)
vəsaitlərin həcmi 2019-2020 və 2020-2021-ci illərdə nə qədər təşkil etmiş?
Həmin kimyəvi maddələrin və gübrələrin torpağa verilməsinə DAİM
tərəfindən necə nəzarət edilir?
5. Sabirabad DAİM-in fermerlərə əkin sahələri üçün ayırdığı gübrə və kimyəvi
maddələrin ünvanına düzgün çatmaması və həmin aqreqatların qara bazarda
və ya ayrı-ayrı işbazlar tərəfindən ələ keçirilməsi hallarını müşahidə
etmisinizmi? Etmisinizsə hansı tədbirləri görmüsünüz? Bu qanunsuz
əməllərdə siz də maraqlı olmusunuzmu?
6. Sabirabad DAİM tərəfindən fermerlərin əkin sahələrinə kimyəvi maddələrin
və gübrələrin verilməsinə necə nəzarət edilir? Bu məqsədlə hansı
komissiyanız fəaliyyət göstərir və bu işə məsul şəxs kimdir?
7. Sabirabad DAİM-in 2019-2020 və 2020-2021-ci illərdə dövlət tərəfindən
ayrılmış daxilolmalar nə qədər təşkil etmişdir (manatla göstərilməklə)?
Həmin vəsaitin xərclənməsini əks etdirən maliyyə arayışı?
8. Sabirabad DAİM tərəfindən dövlət hesabına verilən ssubsidiya vəsaitləri
ünvanlara tam çatıbmı? Əkilməmiş neçə hektar torpaq sahəsi barədə yalançı
bəyannamələr verilmişdir? Həmin bəyannamələrin verilməsində marağınız
olmuşdurmu?
9. Sabirabad DAİM-də çalışan personal və müqavilə əsasında çalışan işçilərin
ayrı-ayrılıqda (tutduğu vəzifə, yaş və təhsili göstərilməklə) sayı nə qədər
olmuşdur?
10. Sabirabad DAİM-in nəznində olan texnikalar barədə məlumat? Onların
günlük və aylıq istifadə etdiyi yanacaq (litr və qiymətlə göstərilməklə) nə
qədər olmuşdur?
11. Sabirabad DAİM-in istifadəsiz vəziyyətə düşmüş texnikaları və matorluları
barəsində məlumat? Həmin texnikanın istifadəsiz vəziyyətə düşməsini əks
etdirən arayışlar?
12. Müqavilə əsasında meşəsalma və dövlət torpaqları ərazisində əkilmiş
əkinlər üçün ssubsidiya ayrılıbmı? Ayrılıbsa nə qədər sahə üçün? Əkilən
sahələr hansı mütəxəssisləriniz tərəfindən monitorinq olunub?
13. Qanun, Dövlət və meşə torpaqlarına, o cümlədən örüş sahələrini qanunsuz
əkmiş şəxslərə ssubsidiya ayırmağa səlahiyyət verirmi? Vermirsə qonşu
rayonların sərhədləri istiqamətində yüzlərlə hektar əkilmiş torpaq sahələrinin
ssubsidiya bəyannaməsini Kənd Təsərrüfatı Nazirliyinə işçiləriniz tərəfindən
necə məlumatı verilmişdir?
14. Fermerlərə ayrılan ssubsidiya vəsaitindən sizin payınız nə qədər təşkil
etmişdir?
15. Fermerlərə ayrılan ssubsidiya-fermer kartlarında nəğdləşdirilməsi qadağan
edilmiş vəsaitlərin qanunsuz yolla nəğdləşməsi üçün dostlarınız və
qohumlarınızın adına təsis etdirdiyiniz MMC-lər barədə dedi-qodu, sözsöhbətlərə münasibətiniz?
16. Sabirabad DAİM-də kənd təsərrüfatı sahələrinə xidmət göstərmək məqsədi
ilə qeydə alınmış MMC-lərin siyahıları? (Nə vaxt? Kimin təsis etdiyi MMC
qeydiyyata alınıb və fermerlərə göstərdikləri xidmətə görə fermerlərin
kartlarından silinən vəsaitin ümumi icmalı? Eyni zamanda hər bir MMC
üzrə fermer kartlarından silinən vəsait 2019-2020 və 2020-2021-ci illərdə nə
qədər təşkil etmişdir?

Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında”
qanununa əsasən şəhər, rayon və idarələrin büdcələrinin xərclənməsi eləcə
də qanun pozuntuları ilə bağlı məlumatlar açıq məlumatlardır. Belə
məlumatlar dövlət orqanlarının internet sayıtında yerləşdirilməlidir. Təssüf
ki, bu məlumatları hələ ki, internet sayıtı vasitəsi ilə əldə edə bilməmişik.
Bu məlumatlar ictimai önəmli məlumatlardır, ictiami əmlakdan necə istifadə
olunması, ictimai vəsaitin necə xərclənməsi ilə bağlı bu məlumatları hər
kəsin bilmək haqqı vardır. Belə məlumatların açıqlığı vətəndaşların dövlət
orqanlarına, onun rəhbərlərinə inamını daha da artırır. Azərbaycan
Respublikasının “İnformasiya əldə etmək haqqında ” qanunun 24.1-ci
maddəsinə görə “İnformasiya sorğusu” ən qısa müddətə lakin 7 iş günündən
gec olmayaraq icra edilməlidir. Həmin qanunun 14-cü maddəsinə görə,
informasiya sahibi informasiya sorğusu vermiş vətəndaşa sənədlə tanış
olmaq üçün ayrılmış yerə daxil olmağa, sənədlərin üzünü köçürməyə,
informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin
surətini çıxarmağa, stenoqramların və ya digər formada kodlaşdırılmış
sənədləri oxunmaq üçün yararlı vəziyyətdə təqdim etməyə borcludur.
Soruğu ilə bağlı hər-hansı bir sual yaranarsa mənim mobil telefonuma
[email protected] elektron poçtuma məktub göndərə və ya mobil
nömrəmə zəng edə bilərsiniz.
Qeyd: Qanun normalarına əsasən 7 iş günü ərzində informasiya sahibi cavab
vermədikdə aidiyyatı üzrə Ölkə Prezidentinə, aidiyyatı dövlət orqanlarına və
məhkəməyə müraciət etmək hüququm vardır.

***

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...скачать dle 12.1