Arxiv

Oxunub:159 / 31 yan 07:27hadise

Bakıda çoxmərtəbəli binada yanğın: Sakinlər tüstüdən zəhərləndi



Bakıda çoxmərtəbəli binada yanğın: Sakinlər tüstüdən zəhərləndi




















Bu gün Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib.

Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.