Bia.Az

Afrikada koronavirusun qeydə alındığı ölkələrin sayı artır

Dünya
 20-03-2020, 10:29     295

Afrikada koronavirusun qeydə alındığı ölkələrin sayı artırAnqolada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“bia.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, koronavirus diaqnozu ölkəyə səfər etmiş çinli biznesmənə qoyulub.

Bundan başqa, Tunis, Kamerun, Mərakeş, Mərkəzi Afrika Respublikası və Efiopiyada da yoluxanların sayında artım müşahidə edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 182 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 246 775-ə çatıb. Bunların 88 488 nəfəri sağalıb, 10 062 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1