Bia.Az

TANAP-la Türkiyəyə nəql olunan qaz həcmi məlum oldu

İqtisadiyyat
 24-08-2021, 12:03     327

Cari ilin yanvar-iyul aylarında xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib

Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35% çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə  təqribən 5,2 milyard kub metr, Avropaya təqribən 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib.

Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.скачать dle 12.1