Bia.Az

Taliban Amerikanın bir neçə təyyarə, vertolyot və raketlərini ələ keçirib

Dünya
 24-08-2021, 11:02     208

Taliban Amerikanın bir neçə təyyarəsini, vertolyotunu və raketlərini ələ keçirib.

“Bu barədə “Al-Arabiya” yazır.


Mətbu orqanının yazdığına görə,  baş verən hadisə Pentaqonu ciddi narahat edib. Mənbəninin mətbu orqanına verdiyi xəbərə görə, taliblər tərəfindən ələ keçirilən təyyarə, vertolyot, tank əleyhinə raketlərin və digrə silahların məhv edilməsi barədə qərar qəbul edilməyib. “ Talibanın ələ keçirdiyi Amerika təyyarəsi və vertolyotunu  istifadə etmək, ona texniki xidmət göstərmək çətin və qeyri-mümkün olacaq”- mətbu orqanı yazır.

“Al-Arabiya” onu da yazıb ki, ABŞ  Əfqanıstandan təxliyyə prosesinin başa çatmasını gözləyir. Təxliyyə prosesi başa çatdıqdan sonra Əfqanıstanda hərbi əməliyyatlar aparmağa, o cümlədən silah anbarlarına hava zərbələri endirmək barədə qərar verəcək.скачать dle 12.1