Arxiv

Oxunub:248 / 14 okt 00:13gundem, hadise

Lənkəranda onlarla tank əleyhinə mina zərərsizləşdirildi



Lənkəranda onlarla tank əleyhinə mina zərərsizləşdirildi

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu Lənkəranda dənizkənarı ərazilərin minalardan təmizlənməsi əməliyyatını başa çatdırıb.

APA-nın cənub bürosunun məlumatına görə, oktyabrın 13-də aşkarlanmış daha 76 ədəd tank əleyhinə mina və 6 ədəd partlamamış hərbi sursat təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

ANAMA-nın əməliyyat meneceri Böyükağa Haqverdiyevin sözlərinə görə, sahilboyu ərazilər tank əleyhinə minalardan tam təmizlənsə də, müşahidələr göstərir ki, silah-sursat və mina təhlükəsi dənizdə suyun altında hələ də gündəmdə qalmaqdadır.

Onun qənaətincə, dənizin səviyyəsinin son 22 ildə xeyli qalxması nəticəsində ərazidə Ssovetlərdən qalma iki sursat anbarının suyun altında qalması təmizləmə əməliyyatının uzanmasına səbəb olub.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2016-cı ildən axtarış - əməliyyat tədbirləri suda davam etdiriləcək