Bia.Az

İcra başçısının birinci müavini Siyəzəni talan edir! Ruslan Quliyev - Video

Fakt
 20-08-2021, 13:40     443

Siyəzən rayon sakini Ruslan Quliyev rayon icra hakimiyyəti başçısının birinci müavini Aqşin Ağayev barəsində video-müraciətlə çıxış edib.Şikayətçi Aqşin Ağayevin hələ gənclər idman idarəsinin rəisi işlədiyi dönəmdə külli miqdarda mənimsəmə hallarına yol verdiyini bildirib.



Bundan sonra Aqşin Ağayev rayon KMK-nın müdiri vəzifəsində çalışıb.Burada rayon üçün ayrılmış 12-ədəd zibil yığan avtomobili istismar müddəti başa çatmış adı ilə sənədləşdirərək satıb.Müəssisə üçün ayrılan 2 dənə müasir ford markalı avtomobilləri elə qarajda ikən satıb.Nəticə göz qabağındadır.Bu gün rayon zibilliklər içərisində batır, antisanitar vəziyyət davam edir.
Aqşin Ağayev şəhər icra nümayəndəliyinin sədri olduğu dövrdə də öz qanunsuz əməllərini davam etdirmişdir.Nəhayət icra başçısı Novruz Novruzov onu özünə birinci müavin təyin elətdirib.Bu gün də Aqşin Ağayev rayonda at oynadır.Bütün qohum-əqrəbalarını vəzifələrə təyin elətdirib.Rayon səhiyyə sistemində, təhsil sahəsində, mədəniyyət və sair sahələrdə onun vəzifələrə təyin etdiyi qohumları da özü kimi rüşvət və korrupsiya ilə məşğul olurlar.
Rayonda məmurları şantaj yolu ilə,sadə vətəndaşları isə polis yolu ilə hədələyərək öz fəaliyyətini davam etdirən Aqşin Ağayevlə hələ ki, heç kim bacarmır.
Mən dövlət başçısından,baş prokurordan və sair dövlət qurumlarından bu adamı durdurmağı xahiş edirəm.Bu adam son dərəcə azğınlaşmış,nə qoca,nə cavan,nə qadın,nə şəhid ailəsi hərləmir.Deyir Bağdadda kor xəlifə,burda da mən.Novruz Novruzovla baş-başa verib rayonu talan edirlər.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Sonda videonu bəyənin, paylaşın və kanalımıza abunə olmağı unutmayın.
/azinfo.tv/скачать dle 12.1