Bia.Az

ABŞ 2 şərt qoydu: yenidən Əfqanıstanla işləmək üçün...

Dünya
 17-08-2021, 11:01     210

ABŞ Talibanla əməkdaşlıq etmək üçün 2 şərt irəli sürüb.

Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin sözçüsü Ned Prays açıqlama verib. O bildirib ki, ABŞ əsas insan hüquqlarına hörmət etməyən və terrorçulara ev sahibliyi edən hökumətlə işləməyəcək.

Sözçü Dohadakı Taliban təmsilçilərilə görüşməyə davam etdiklərini söyləyib. O, ABŞ-ın Əfqanıstandakı gələcəkdəki hökumətlərə qarşı mövqeyinin həmin hökumətin, Talibanın hərəkətlərinə bağlı olduğunu vurğulayıb.

Prays Əfqanıstanı tərk edən sabiq prezident Əşrəf Qaniyi tanımağa davam edib-etməyəcəkləri ilə bağlı suala cavab olara bildirib ki, hələlik Əfqanıstanda təhvil-təslim dövrü olmayıb. Prays Əfqanıstanda kimin lider kimi tanınması məsələsində beynəlxalq ictimaiyyətlə birgə işlədiklərini söyləyib.скачать dle 12.1