Bia.Az

Polis "Bəy hamamı"nda əməliyyat keçirdi - ANBAAN VİDEO

Hadisə / Bia Tv
 11-08-2021, 15:05     281

Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilər Polis Şöbəsinə gətirliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

Obyekt sahibi Adil Mustafatev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.

SPA mərkəzində işləyən A. Ağamalıyeva, A. Əliyevanın hər birinin barəsində 200 manat miqdarında, müştərilər - Ceyhun Məmmədli, Elşən Tağıyev, Ələddin Alıyev, Azər Verdiyev və Orxan Abbasovun hər birinin barəsində isə 300 manat miqdarında protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.

<embed width="640" height="360" src="https://player.olke.az?v=1777&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>скачать dle 12.1