Bia.Az

Hacıqabulda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR... - GİLEY

Bölgə
 11-08-2021, 13:53     293

Qubalıbaloğlan kəndi rayonun mərkəzindən 25 km aralıqda yerləşir. Sakinlərin sözlərinə görə, həmin kənddə səkkiz yüz ailə, dörd min sakin yaşayır və ailənin 50 faizi içməli sudan əziyyət çəkir.

“Təsərrüfata suyu pulla alıb veririk. Çatdıra bilmirik. Özümüzə çatdıra bilmirik, heyvanımıza çatdıra bilmirik. İndi hansı zəmandır ki, kəndçi təsərrüfatına suyu pulla alsın?. Otuz ildir ki, biz bu müsibəti yaşayırıq”.

Sakinlər bildirirlər ki, su xətti ilə evlərinin arasında 1500 metr məsafə vardır ki, onu Hacıqabul rayonunun Azərsu ASC təmin etmək istəmir. Kənd sakinləri dəfələrlə rayon İcra Hakimiyyətinin başçısına məsələ ilə bağlı şikayət bildirsələr də, heç bir köməklik göstərilməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gozetci.az//

скачать dle 12.1