Bia.Az

“Türkiyədə yanğın olmuş ərazilər turizmə açılmayacaq” - Ərdoğan

Dünya
 5-08-2021, 10:44     200

“Türkiyədə yanğın olmuş ərazilər turizmə açılmayacaq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanan ərazilərdə turizm məqsədilə tikinti aparılacağı iddialarından danışarkən deyib.

“Cənab Kamala (CHP sədri K.Kılıçdaroğlu) mənim verəcəyim bir cümləlik cavab var. Mən qətiyyən mədəniyyət və turizm nazirinə belə bir göstəriş verməmişəm. Meşələr yansın, biz buralarda beton yığını binalar tikək haşa. Həmişə şaquli memarlığa qarşı olduğumu söyləyən adamam. Qətiyyən belə bir şey yoxdur”.скачать dle 12.1