Arxiv

Oxunub:304 / 05 okt 00:11gundem, hadise

Qəbələni sel basdı – insanlar köməksiz qalıb



Qəbələni sel basdı – insanlar köməksiz qalıb

Qəbələdə insanlar köməksiz vəziyyətdə sel təhlükəsi qarşısında qalıb. Hazırda rayonun Nic kəndi ərazisində olan hüquq müdafiəçisi Mahirə Əmirhüseynova müsavat.com-a bildirib ki, bir neçə saat öncədən başlayaraq rayona güclü yağış yağır, artıq bir çox yerləri sel basır: “Getdiymiz maşın CİP-dir, maşının aynalarına qədər su qalxıb. Balaca maşınlar selə təslim olur, bir neçə maşın tamamilə suyun altında qalıb. Adamlar panikadadır, əksər insanlar hündür yerlərə çıxıb seldən qorunmağa çalışır”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, Qəbələ rayonu ərazisindəki bəzi kəndlərdə təhlükəli nəticələrə səbəb olmuş hər hansı təbiət hadisəsi baş verməyib. Yağan yağışlar nəticəsində nəticəsində bir neçə evin həyətyanı sahəsinə su dolub və nəticənin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.