Bia.Az

Bir gündə 8,5 milyard ton buzlaq əridi

Dünya
 2-08-2021, 09:26     214

Qlobal iqlim dəyişikliyinin təsiri altındakı Qrenlandiyada bir gündə 8,5 milyard ton buzlaq əriyərək, okeana qarışıb.
“Bu barədə Danimarka hökuməti məlumat yayıb.

Əriyən buzlaq ABŞ-ın Florida ştatını 5 santimetr hündürlüyündə su ilə örtəcək qədər böyük həcmə malikdir.

Şərqi Qrenlandiyada isə bütün zamanların ən yüksək temperaturu qeydə alınıb – 19,8 dərəcə.

Ümumilikdə, iyun ayından indiyədək 100 milyard ton buzlaq əriyərək okeana qarışıb, bununla dəniz səviyyəsi yüksəlib.скачать dle 12.1