Bia.Az

Jurnalist evlərindən milyonlar yeyən əmlak məmurları - "Aldıqları milyonluq haqqa görə..."

Gündəm / Sosial
 30-07-2021, 12:18     278

"Keçmiş KİVDF-nin milyonları mənimsəməkdə ittiham olunması baxışları “media, mənzil yeyintisi” siyasətinin baş ideoloqu, prezidentin keçmiş köməkçisi Əli Həsənova yönəldib. Dövlətin baş ittihamçısı mənzil, əmlak , media “yeməkdə” milyonlar qazanan PA-nın keçmiş şöbə müdirinə qarşı ittiham irəli sürəcək, yoxsa, hələ də işarə gözləyir?" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Qarabağ qazilərinin on illərlə icarələrinə istədiyi zibilxananı Teleradio Yayımı Şurasına təyin etdirdiyi dayısı oğlu, keçmiş “JEK” müdiri Cəfərov Məmməd Hüseyn oğlunun adına “sənədləşdirdiyi” (“dırnaq” işarəsindən ona görə yararlandıq ki, indi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rəsmi məktubla bildirib ki, həmin əmlak heç kəsin adına qeydiyyata alınmayıb) “40 pilləkən kompleksini kafeyə çevirib vergi belə ödəmədən “yeməsinə” , söz verilsə də, iki ildir hüquqi qiymət verilməsinin təmin olunmaması belə düşünməyə əsas verir. Əli Həsənovun “dövlət qulluqçusunun etik davranış qaydası”na, dövlətə, onun başçısına “sədaqətinə” baxın : Qarabağ qaziləri PA-nın ictimai-siyasi şöbəsinin müdirinə müraciət edib zibilxananın icarələrinə verilməsinə yardımçı olmağını diləyir, Prezident yardımçısı isə yardımçılıq qulluğundan özünü yarıtmaq üçün sui-istifadə edir !

İqtisadiyyat Nazirliyinin yanına verilən keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əli Həsənova “kupça” xidməti” bircə zibilxana ilə yekunlaşmır. Keçmiş prezident köməkçisinin mediada yayılan əmlaklarını yenidən diqqətə çatdırmaqdan uzağıq. Özünün boynuna aldığı kimi, bütün əmlakını təhvil verib. Görəsən, “40 pillə kafesinin niyə qazilərə təhvil verilməsi təmin olunmur? Diqqəti Əli Həsənovun da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin , eldə deyildiyi kimi, “kupça” idarəsinə milyonlarla “yardımına” yönəltmək amacındayıq. Elə düşünməyin ki, “ baş media yeyintisi” ideoloqu öz cibini ziyana salıb. Əsla! Əmlak xidməti mənzil almaq iddiasında olan jurnalistlərin hesabına milyonlara yiyələnib. Əli Həsənovun komandasının mənzil yiyəsi olmaq istəyənlərdən tələb etdiyi sənədlərdən ən başlıcası adlarına əmlak olmaması haqqında dövlət reyestrindən arayış idi. Gerçəkdə bu arayışın verilməsi bir neçə dəqiqəyə və ödənişsiz başa gəlsə də, əmlak dəllalları ən tezi 7- 10 günə adambaşı 11 manat rüsum qarşılığında arayış verir(di)lər . Təsəvvür edin, dövlət başçısının yanındakı dövlət qurumu əmlak üzrə dövlət qurumundan rüsum qarşılığında arayış alır! (?) Çağdaş informasiya -kommunikasiya texnologiyaları dünyasında kiminsə adına əmlak olub-olmamasını bəlirləmək, özü də KİV -ə, belə çətindir? Jurnalist Cavanşir Həsənli istənilən məmurun ölkə içində və dışındakı əmlaklarının siyahısını vaxtaşırı açıqlayırsa, Əli Həsənovun KİVDF komandası üçün “əmlak arayışı” tələbi yalnız və yalnız rüşvət və korrupsiya amacı daşıyır(dı)! İndi isə təsəvvür edin, 2 “yem evi”ndən toplam 409 mənzil üçün arayış almaq istəyən 5 minə yaxın jurnalistdən 55 min manat alınıb ? ! Gerçəkdə bu rəqəm çox cılızdır, necə deyərlər, əmlak məmurlarının cibinə “qanuni” gedənlərdir. Axı, bu 409 mənzil yiyəsinin, çox olsa, 15-20 nəfərinin adına əmlak yoxdur, qalanları bir neçə evi, villaları olanlardır. Yadda qalar, yəqin, DYP rəsmisi Vaqif Əsədov da 2-ci binadan mənzil almaq eşqinə düşmüşdü, mətbuatdakı “dostları”nın “xəyanəti” nəticəsində mənzil kolleksiyasını zənginləşdirə bilmədi və bütün biznesinin (?) xaricdə olduğunu açıqladı. Demək istəyirik ki, bir neçə evi, villası olan “jurnalist” dövlətdən əlavə ev almaq üçün 15-20 min də arayışa ödəməyə xəsislik etmir. İndi özünüz hesablayın , 300 evin ,ən azı, 10 mindən təkcə “arayış pulu” 3 milyon edir! Əli Həsənov və komandası iddia edə bilər ki, saxta arayışlarsız mənzillər paylanıb. Əvvəla, bir neçə evi olana mənzil veriləcəkdisə, bu arayışların tələb olunmasının nə anlamı var(dı)? İkincisi, axı, evi “boşandığı” həyat yoldaşının adına keçirib mənzil yiyəsi olanlar da yetərincədir.

Prokurorluq arayışları da araşdırsa, Əli Həsənovun keçmiş KİVDF komandasına yoldaş olanların sırasına keçmiş ƏMDK, indiki ƏMDX rəsmiləri də qoşulmağa “haqq edirlər” . Aldıqları milyonluq haqqa görə..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
скачать dle 12.1