Arxiv

Oxunub:186 / 26 dek 15:25dunya

Qara dənizə düşən təyyarə ilə bağlı dünyanı sarsıdan İDDİA



Qara dənizə düşən təyyarə ilə bağlı dünyanı sarsıdan İDDİA




















Rusiyanın Qara dənizdə qəzaya uğradığı deyilən Tu-154 təyyarəsi qaçırılıb.

Bu iddia ilə Rusiya Aviasiya Birliklərinin Koordinasiya Mərkəzinin keçmiş rəhbəri Vitaliy Andreyev çıxış edib.

Aviasiya sahəsində 47 illik təcrübəsi olan V.Andreyev hesab edir ki, Tu-154 təyyarəsinin qəzadan öncə yardım siqnalı göndərməməsi gözlənilməz hadisənin baş verdiyini göstərir.

"Havaya qalxdıqdan və iki dəqiqəlik qısa uçuşdan sonra təyyarənin nasazlıqla bağlı heç bir siqnal göndərmədən radardan itməsi orada gözləmədiyimiz bir hadisənin baş verdiyi ehtimalını artırır. Ya kənardan təsirə məruz qalıb, ya da əvvəllər görmədikləri bir maneə ilə qarşılaşıblar. Tu-154 etibarlı təyyarədir, onun bu cür yoxa çıxması şübhəlidir”, - deyə o bildirib.

V.Andreyev diqqətə çatdırıb ki, özünün işlədiyi dövrdə Tu-154 təyyarəsinin motorunun hamısının pozulmasına baxmayaraq, yerə enə bildiyinin şahidi olub: "Digər bir versiya kimi deyə bilərəm ki, təyyarə Tayqada uzun müddət istifadə olunmamış bir aerodroma enə bilər. Təyyarənin köhnə olması, yaxud idarəni itirməsi kimi səbəblər heyətin kömək siqnalını göndərməsinə mane ola bilməzdi. Deməli, gözlənilməz hadisə baş verib. Təcrübəmə istinadən deyə bilərəm ki, bu cür vəziyyətlərdə təyyarənin ələ keçirildiyi fikri önə çıxır”.(Publika.az)