Arxiv

Oxunub:142 / 22 dek 11:11Texnologiya

Whatsapp-la bağlı PİS XƏBƏR



Whatsapp-la bağlı PİS XƏBƏR




















Avropa Birliyi Whatsapp-ın satın alınmasından sonra etdiyi açıqlama ilə hər kəsi çaş-baş salıb.

Avropa Birliyi satın alma əsnasında Facebook-un verdiyi sözü tutmadığını iddia edir.

Facebook-un 2014-cü ildə 22 milyard dollar qarşılığında sahib olduğu Whatsapp hələ də Avropa Birliyi komissiyası tərəfindən yoxlanır. Belə ki, 2014-cü ildə Facebook AB tənzimləyici təşkilatına iki şirkət arasında müştəri məlumatlarının paylaşılmayacağı və istifadəçi hesablarının birləşməyəcəyi haqda söz veribmiş.

Whatsapp avqust ayından etibarən bu sözün əksinə telefon nömrələri və profil adlarını Facebook-la paylaşmağa başladı. Avropa Birliyi Komissiyası da avqust ayından etibarən Facebook-un verdiyi sözü tutmamasını əsas gətirərək sosial şəbəkə "nəhəngini" günahlandırır. Facebook-dan Avropa Birliyi Komissiyasına 2017-ci ilin 31 yanvarı tarixinə qədər cavab və özünümüdafiə açıqlaması verilməlidir. Əgər Facebook bu tarixə qədər heç bir şey etməzsə, Avropa Birliyi Komissiyası cəza olaraq Facebook-a illik gəlirinin 1%-i, yəni təxminən 170 milyon dollar həcmində cəza kəsəcək.

///Milli.Az