Bia.Az

Salyanda avtomobillə motosiklet toqquşub: Ölən var

Hadisə
 26-07-2021, 10:40     244

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report məlumatına görə, hadisə bu gün səhər saatlarında, köhnə Ələt-Astara magistral yolunun Arbatan kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, Salyan şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynov Mübariz Əflatun oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1