Bia.Az

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

Hadisə
 26-07-2021, 09:45     246

Bakının bəzi küçə və prospektlərində tıxac var.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Belə ki, Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamət üzrə çox güclü sıxlıq müşahidə olunur).

Eləcə də Tbilisi prospekti - əsas yol və köməkçi yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində), Qara Qarayev prospekti – əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqaməti) , Alı Mustafayev küçəsi – əsas  yol - (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq müşahidə olunur.скачать dle 12.1