Bia.Az

Emil Balayev "Panatinaikos" üçün namizədlər siyahısında

Gündəm
 16-03-2020, 14:11     330

Emil Balayev "Panatinaikos" üçün namizədlər siyahısında"Zirə"də çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev Yunanıstan təmsilçisi "Panatinaikos"un namizədləri sırasına daxil edilib.

"bia.az" "Newspao.gr" saytına istinadən xəbər verir ki, 26 yaşlı qolkiperin adı Kipr "Omoniya"sında çıxış edən Fabiano Ribeyro, Portuqaliya "Tondela"sından Kladio Ramos və Avstriya "Şturm"undan Yorq Zibenhandl ilə eyni siyahıdadır.

Bildirilib ki, "Panatinaikos" yay transfer dönəmində azad agent statusuna malik olan və maaşı 200 min avrodan yuxarı olmayan qapıçı transfer edəcək.

Qeyd edək ki, Emil Balayevin "Zirə" ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.скачать dle 12.1