Bia.Az

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda tıxac var - SİYAHI

Hadisə
 23-07-2021, 10:28     192

Bakı Nəqliyyat Agentliyi paytaxtda sıxlıq olan əraziləri açıqlayıb.

Agentlikdən verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesi - Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq var.

Həmçinin Binəqədi şosesi - (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində),

Ziya Bünyadov prospekti - (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - əsas yol, 20 Yanvar dairəsi istiqamətində), Tbilisi prospekti - əsas və köməkçi yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində), Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində) nisbətən, Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) və Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində) sıxlıq müşahidə edilir.скачать dle 12.1