Bia.Az

Putin: “Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr aktiv surətdə bərpa olunur”

Siyasət
 20-07-2021, 23:11     200

Pandemiya ilə əlaqədar olaraq yaranan böhrandan sonra Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr aktiv surətdə bərpa olunur.
Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.  

Kreml mətbuat xidmətinin yaydığı məlumtada qeyd olunur ki,  koronavirusdan sonra əlaqələr yenidən bərpa olunur: “Ötən il əlaqələrdə müəyyən emə qeydə alınmışdı, amma indi bərpa olunur və artım var. Rusiya iqtisadi sahədə lider yerlərdən birini tutur və hökumətlərarası komissiya fəal işləyir. Əməkdaşlıq üçün çox sahələr mövcuddur. Yaxın zamanlarda Bakıya nümayəndə heyəti göndərmək istəyirk ki, yerində məşğul olsunlar. Onlar mütəmadi olaraq müxtəlif məsələlərlə əlaqədar görüşürlər. Bu heyətin tərkibi ən müxtəlif sahələri təmsil edən şəxslərdən ibarət olacaq. Bunlar sənaye, nəqliyyat, infrastruktir və digər sahələrin adamları olacaq.

Biz indi koronavirusla mübarizə istiqamətində aktiv əməkdaşlıq edirik. Bildiyimə görə, indiyədək 100 min doza vaksin Azərbaycana göndərilib.  Bundan əlavə olaraq vaksinin  Azərbaycan ərazisində birgə istehsalı istiqamətində işləyirik” - Putin qeyd edib.скачать dle 12.1