Bia.Az

Bütün deputatların veb-səhifələri yaradılacaq

Siyasət
 16-03-2020, 13:36     336

Bütün deputatların veb-səhifələri yaradılacaqMilli Məclisin saytı yenilənəcək.

bia.az-ın məlumatına görə, bu barədə parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev bildirib.

O deyib ki, parlamentin hər bir komitəsinin ayrıca saytı olacaq. Bəxtiyar Əliyev onu da əlavə edib ki, hər bir deputatın veb-səhifəsi yaradılacaq.

“Bu veb-səhifələr vasitəsilə deputatlarla əlaqə qurulacaq, müzakirələr aparılacaq”, - deyə komitə sədri əlavə edib.скачать dle 12.1