Arxiv

Oxunub:413 / 30 sen 18:08sosial, gundem

Hərbçi ailələrinə müjdə - pensiyalar artırılacaq



Hərbçi ailələrinə müjdə - pensiyalar artırılacaq

Vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə verilən pensiya artırılacaq. Axar.az xəbər verir ki, bu sözləri Dövlər Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, belə ailələrə verilən əlavənin cəmi məbləğinin minimum həddinin 80 faizə qaldırılması imkanları müzakirə olunur. Fond sədri bildirib ki, qüvvədə olan qanunvericiliyə görə, həmin rəqəm ayrı-ayrı kateqoriyalara aid hərbi qulluqçular üzrə 35-50 faiz olaraq müəyyən edilib. Onun sözlərinə görə, qeyd edilən islahat tədbiri vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin pensiya təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Fond sədri əlavə edib ki, pensiya islahatları bütövlükdə pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.