Bia.Az

Yoluxma və ölüm sayına görə "lider" olan Hindistandan şad xəbər

Dünya
 13-07-2021, 12:59     222

Yoluxma və ölüm sayına görə "lider" olan Hindistandan şad xəbər


Koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən olan Hindistanda gündəlik koronavirusa yoluxma sayı 16 martdan bəri ən aşağı səviyyəyə enib.

“Xarici KİV xəbər verir ki, bu barədə Hindistan Səhiyyə nazirliyi məlumat yayıb.

Belə ki, Hindistanda son 24 saatda 32 906 yeni yoluxma qeydə alınıb, 2020 nəfər ölüb. Aktiv xəstə sayı isə 432 778 nəfər təşkil edir.
Koronavirusdan sağalanların sayı 2 aydır yeni yoluxanların sayından çoxdur.

Xatırladaq ki, Hindistanda koronavirusdan sağalma 97.2%-ə bərabərdir. Bu ölkədə ümumilikdə yoluxanların sayı 30 907 282, sağalanların sayı 30 630 720 nəfərdir. 1.4 milyard əhalisi olan Hindistanda bu vaxta qədər 381 milyon doza peyvənd vurulub.

Onu da qeyd edək ki, Hindistan ən çox yoluxma olan 2-ci, ən çox ölüm olan 3-cü ölkədir.скачать dle 12.1