Arxiv

Oxunub:297 / 30 sen 15:54Texnologiya

“Twitter” sosial şəbəkəsi tətbiq etdiyi 140 işarə məhdudiyyətini götürmək istəyir



“Twitter” sosial şəbəkəsi tətbiq etdiyi 140 işarə məhdudiyyətini götürmək istəyir












Şirkət “140 Plus” adlı yeni layihəyə başlayıb.

Layihə çərçivəsində yazılan tvitlərin uzunluğu variantları müzakirə olunur. “Twitter”in 140 işarəlik məhdudiyyətinə baxmayaraq, istifadəçilər bu limiti aşmağın yolunu tapmışdılar. Məsələn uzun yazını yazıb skrinşot kimi birləşdirmək şəklində.

Ekspertlər deyir ki, 140 işarə məhdudiyyətinin qaldırılması mikrobluq servisinin simasını xeyli dəyişdirə bilər.

Daha əvvəl “Twitter” yalnız daxili mesajlarda işarə məhdudiyyətini qaldırmışdı.