Bia.Az

Haiti prezidenti qətlə yetirilib

Dünya
 8-07-2021, 10:39     259

Haitinin 53 yaşlı prezidenti Jovenel Moiz qətlə yetirilib.

Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, prezidentə sui-qəsd olduğunu ictimaiyyətə baş nazir vəzifəsini icra edən Klod Cozef iyulun 7-də açıqlayıb.

O deyib ki, iyulun 6-dan 7-nə keçən gecə naməlum şəxslər prezidentin yaşadığı yerə – rezidensiyaya daxil olaraq odlu silahla Jovenel Moizə və onun xanımına atəş açıblar.

Klod Cozefin sözlərinə görə, dövlət başçısı həlak olub, xanımı Martin Moiz isə yaralanıb, hazırda ona xəstəxanada tibbi yardım göstərilir.
Haiti iqtisadi və siyasi baxımdan vəziyyətin çox ağır olduğu bir ölkədir.

11 milyon nəfər əhalisi olan Haitidə son günlər sabitlik daha da pozulub, az qala hər yerdə atışma səsləri eşidilir.

Jovenel Moiz prezident postunu 2017-ci ilin fevralından tuturdu. Son aylar müxalifət onu ölkədə diktatura qurmaq cəhdində ittiham edirdi.

Mənbə:Apnews.comскачать dle 12.1