Bia.Az

Zərdabda toyda 2 nəfər bıçaqlandı

Bölgə
 16-03-2020, 10:10     394

Zərdabda toyda 2 nəfər bıçaqlandıZərdabda bıçaqlanma hadisəsi baş verib.

"bia.az"in Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Şahhüseynli kəndində keçirilən toy mərasimində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Əqdəm Abdulməcid oğlu Babayev şəxsi münasibətlər zəminində həmkəndliləri - Rəşad Qara oğlu Qarayevə və Şəmsi Böyükəli oğlu Qarazadəyə üzərində gəzdirdiyi bıçaqla ağır xəsarətlər yetirib. Hər iki yaralı Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Lakin zərərçəkənlərin vəziyyətləri ağır olduğundan onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Ə.Babayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 12.1