Bia.Az

Ölkəyə gətirilən bahalı mebellər çox ucuz rəsmiləşdirilir – Kimsənin də xəbəri yox?

Fakt
 29-06-2021, 14:40     299

Dövlət Gömrük Komitəsində sahibkarlara əlavə qanunsuz rüsumların ödətdirilməsi ilə yanaşı müəmmalı gömrük rəsmiləşdirilməsi kimi əməliyyatlar davam etməkdədir. 

Bizimxeber.az-a daxil olan məlumata görə, uzun müddətdir Bakı Baş Gömrük İdarəsi ölkəyə xarici ölkələrdən mebel gətirənlərin əməllərinə loru dildə desək “göz yumur”.

Belə ki, redaksiyaya daxil olan məlumatda deyilir ki, mebel tacirləri tərəfindən ölkəyə qanunsuz fəaliyyət göstərən şirkətlərin adına gətirilən bahalı mebellər daha ucuz qiymətə – 15 min manat civarında rəsmiləşdirilir.
Məlumata görə, olduqca bahalı olan bu mebellərin çox ucuz qiymətə rəsmiləşdirilməsi dövlət büdcəsinə külli miqdarda ziyan vursa da, sözügedən qurumda çalışan rəhbər şəxslərin  – Kənan Məmmədovun və ondan da yuxarı şəxslərin ciblərinə böyük gəlir gətirir.
Bakı Baş Gömrük İdarəsindəki mebel oyunu bununla bitmir. Hələ mebellərin arasına “dürtülən” diğər mallar isə ya gömrük rəsmiləşdirilməsindən keçmir, ya da olduqca ucuz qiymətlə sənədləşdirilir. Bu da dövlətə və büdcəyə daha bir ziyan…
Elə isə maraqlıdır, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun bu məlum mebel əməliyyatından xəbəri varmı?
Yaxud Dövlət Gömrük Komitəsi rəhbəri Səfər Mehdiyevin necə?
Kənan Məmmədovun vəzifə baxımından Baş gömrükçüdən bir pillə aşağı olması faktı onu deməyə əsas verir ki, birinci, yəni K. Məmmədov bu qanunsuz əməli təkbaşına etməz. Mütləq ki, baş verənlərdən baş gömrükçünün xəbəri olar. Əgər xəbəri varsa, o zaman cinayət əməlinə şərik olur.
Yox, xəbərsizdirsə, o zaman bir dedik, araşdırsın, yoxlasın. Bəlkə Kənan Məmmədov cənab Mehdiyevi allah eləməmiş kimi aldadır…  Adamın inanmağı gəlməsə də, hər halda araşdırılmalıdır.
Amma burda bir məqam da var ki, gərək gözdən qaçmasın.
Tutaq ki, Səfər Mehdiyev mebel oyununu görmür, ona bu əməliyyatlardan heç baxım-görüm də etmirlər, onu aldadırlar, bəs, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov da görmür?
Axı bu qurumun işi elə gömrükdən keçən bahalı mebellərin neçəyə və necə sənədləşməsinə nəzarət etməkdir…  Necə ola bilər ki, bu yekəlikdə mebellə dolu maşınları, onların hansı qanunsuz şirkətin adına gətirilib rəsmiləşdirilməsini görməsinlər, Fatmanisə xalanın 20 kq-dan artıq unu ölkəyə gətirməsini görsünlər…
Hər halda mən cənab Səfər Mehdiyevin yerinə olsam dərhal araşdırma başladaram. Bəlkə doğrudan da onu aldadırlar…скачать dle 12.1