Bia.Az

Məhkəmədə rüsum məbləğləri yenilənir

Cəmiyyət
 26-06-2021, 10:47     232

Milli Məclisin 25 iyun iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər layihəsi ilk oxunuşda qəbul edilib. Novator.az bildirir ki, yenilənən 8-ci maddədə məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üzrə dövlət rüsumunun məbləğləri belə müəyyən olunur:

8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:
8.1.1. iddia qiyməti 1000 manatadək olduqda 30 manat
8.1.2. iddia qiyməti 1000 manatdan 10 min manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
8.1.3. iddia qiyməti 10 min manatdan 100 min manatadək olduqda 120 manat + 10 min manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
8.1.4. iddia qiyməti 100 min manatdan 1 milyon manatadək olduqda 390 manat + 100 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi
8.1.5. iddia qiyməti 1 milyon manatdan çox olduqda 1290 manat + 1 milyon manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla)
8.1.6. Fiziki şəxsin mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizə verməsinə, habelə istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizə verməsinə görə 100 manat
8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat
8.3. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumu
8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla)
8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat
8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
8.7. Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat.
8-ci maddədə nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi (ödənən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq olaraq Ali Məhkəmənin, apellyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənir.
Qanuna əlavə olunan 33-7-ci maddəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi üzrə 100 manat dövlət rüsumu rəsmiləşir.
Rüsum yeniliklərinin 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.скачать dle 12.1