Arxiv

Oxunub:281 / 29 sen 14:01dunya, Texnologiya

«Apple» şirkətinin «iPhone 6S»i təqdim etməsindən sonra saxta telefon istehsalçıları da məhsullarını yeniləyiblər



«Apple» şirkətinin «iPhone 6S»i təqdim etməsindən sonra saxta telefon istehsalçıları da məhsullarını yeniləyiblər














Məşhur markaların saxta nüsxələrinin çıxarılmasıylə məşhur olan Çində «iPhone 6S»nın da saxta variantının buraxılmasına və satışına başlanıb.

Belə ki, Çinin cənubundakı Şenzhen şəhərində saxta «iPhone 6S»lar satılmağa başlanıb. Hələlik satışlar aşkar yox, gizli aparılır. «iPhone 6S»in saxta variantını texnologi məhsulları satılan mağazadan tanışlıqla almaq olur. 91 dolardan satılan saxta «iPhone 6S» öz orijinalından az qala 10 dəfə ucuzdur. Telefon iOS görüntüsü olan «Android» əməliyyat sistemində çalışır. Saxta «iPhone 6S» öz qiymətini və reputasiyasını tamamilə doğruldur – bu telefonlar yavaş işləyir və olduqca pis şəkillər çəkirlər. Əvəzində onların görünüşü əsl «iPhone 6S»ları 99% təkrarlayır. Saxta telefonlara marağı artıran da məhz bu görünüşdür. Belə ki, indiyədək yüzlərlə saxta «iPhone 6S» satılıb.