Bia.Az

ERMƏNİSTANDA PARLAMENT SEÇKİLƏRİNİN YEKUN NƏTİCƏLƏRİ AÇIQLANDI - Paşinyan rəqiblərinə böyük fərqlə qalib gəldi... (Yenilənir)

Gündəm
 21-06-2021, 12:26     225

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb.

“Sputnik” xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 %-ni toplamaqla qalib gəlib.

Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 % səs toplayıb.

 “Şərəf duyuram” bloku 5,2, %, “Çiçəklənən Ermənistan” 3.9, "Respublika" partiyası isə 3% səs toplayıb. Ancaq onlar seçki baryerina aşa bilmədikləri üçün parlamentə düşə bilməyiblər.  Bütün qalan iştrakçıların  2 faizdən aşağı sıəs alıblar.
Qeyd edək ki, Nikol Paşinyan Sünik və İrəvan da daxil olmaqla Ermənistanın bütün bölgələrində qalib gəlib. 
***
Ermənistanda bu gün yerli vaxtla saat 07:00-a olan məlumata əsasən Mərkəzi Seçki Komisisyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 945-nin nəticələridir.
MSK-nın məlumatına görə, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 54,21 % (661 736 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,89 %-i (255 034 nəfər) səs verib.
Seçicilərin 64 131 nəfəri, yaxud 5,25 %-i “Şərəf duyuram” blokuna, 48 645 nəfəri və ya 3,99 %-i “Çiçəklənən Ermənistanı" dəstəkləyib.
Beləliklə, Ermənistanda dünən keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bütün proqnozları alt-üst edərək böyük fərqlə qalib gəlir. 
Artur Vanetsyanın başçılıq etdiyi, digər keçmiş prezident Serj Sərkisyanın dəstəklədiyi “Şərəfim var” bloku isə 5 faizdən bir qədər çox səs topladığından, Vanetsyan parlamentdə təmsil olunmayacaq. Çünki bloklar üçün seçki baryeri azı 7 faizdir.
0liqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasının partiyalar üçün nəzərdə tutulan 5 faizlik seçki baryerini aşacağı da şübhə doğurur. 
Bütün qalan iştrakçıların topladıqları səslər 2 faizdən aşağıdır.

Nikol Paşinyan dünən gecə, bülletenlərin yarıdan çoxunun sayılmasından və “Vətəndaş müqaviləsi” partiyasının böyük fərqlə irəlidə olduğu bəlli olandan sonra özünün seçki qərargahına gəlib. Virtualaz.org-ın məlumatına görə. çoxsaylı tərəfdarları onu alqışlarla qarşılayıb və təbrik ediblər. Paşinyan toplaşanlara təşəkkür edib və hamını bu gün Respublika meydanına, ona “polad mandat”ın təhvil verilməsi mərasiminə dəvət edib.
Belə ki, Paşinyan seçki kampaniyası zamanı öz rəqiblərini və “inqilab işini əngəlləyənləri” əzmək üçün xalqdan “dəmir mandat” istəmişdi. “Dəmir mandat” dedikdə o, səslərin azı 60 faizini almağı nəzərdə tuturdu. İndi belə görünür ki, Paşinyan qələbədən lap cuşa gələrək dəmir yox, polad mandatdan bəhs edib.
O, çıxışında deyib ki, Avrasiya İttifaqı və KTMT ilə əlaqələri yaxşılaşdırmaq, inkişaf etdirmək niyyətindədir. Paşinyan “erməni xalqına dəstəyə görə” Rusiya prezidenti Vladimir Putinə və baş nazir Mixail Mişustinə minnətdarlıq edib. Ardınca Fransa prezidenti Emmanuel Makrona, ABŞ prezidenti Cozef Baydenə, Avropa Komissiyasının rəhbəri Şarl Mişelə, qonşu ölkələrdən İran prezidenti Həsən Ruhaniyə, Gürcüstan baş naziri İrakli Qaribaşviliyə və “məxsusi olaraq” Araik Arutyunyana (Paşinyan onu “dqr prezidenti” kimi təqdim edib,-red.) təşəkkür bildirib.

Qeyd edək ki, Araik Arutyunyan dünən axşam Paşinyanın seçki qərargahında olub.
Robert Köçəryana gəldikdə isə, son saatlara qədər böyük fərqlə qalib gələcəyini əminliklə bildirən keçmiş prezidentin özü hələlik şəxsən nəticələrə münasibət bildirməyib. 
Onun başçılıq etdiyi blok isə bəyan edib ki, nəticələri tanımağa tələsmir, çünki səslərin sayılması zamanı çoxsaylı şübhəli hallar baş verib. “Ermənistan” bloku bildirir ki, seçki kampaniyası zamanı müxalifətin keçirdiyi izdihamlı aksiyalar, müxtəlif təşkilatların keçirdikləri rəy sorğuları Mərkəzi Seçki Komissiyasının açıqladığı indiki nəticələrlə diametral ziddi idi.
“Bu nəticələr olduqca ziddiyyətlidir və etibar ediləsi deyil”,-blok bildirir. Bəyanatda deyilir ki, yüzlərlə seçki məntəqələrindən çoxsaylı pozuntular haqda xəbərlər gəlir və bütün şübhələr aradan qalxmayana qədər nəticələri tanımayacaqlar.
***
"Exit-poll"un nəticələrinə görə də Paşinyanın  bloku Köçəryanın  blokuna böyük fərqlə qalib gəlib
Ermənistan MSK 360 seçki məntəqəsindəki səsvermənin nəticələrini yekunlaşdırdı: " Vətəndaş Müqaviləsi" - 91431 (62.4%); "Şərəfim var" bloku - 6665 ( 4,5%); "Ermənistan" bloku - 25257 (17,2%).
***
00:05
Ermənistan MSK 268 seçki məntəqəsindən (97 264 seçici) nəticələri açıqladı: "Vətəndaş Müqaviləsi" - 58.559 (62.8%); "Şərəfim var" bloku - 3.646 (3.7%); "Ermənistan" bloku - 17.004 17.5%).
***
23:55
Ermənistan MSK 176 seçki məntəqəsinin nəticələrini açıqladı: "Vətəndaş Müqaviləsi" - 29.937 (63.4%); "Şərəfim var" bloku - 1871 (4%); "Ermənistan" bloku - 8221 (17.5%).
***
Ermənistan Mərkəzi Seçki Komissiyası bütün seçki məntəqələrinin 5% -i olan 106 seçki məntəqəsindən 23.055 seçici ilə səslərin 1.7% -nin nəticələrini açıqladı: "Vətəndaş Müqaviləsi" - 61,5%; "Konqres" -% 0,5; "Şərəfim var" bloku - 4.1%; "Aydınlanmış Ermənistan" -1,5%; "Ermənistan" ("Hayastan") bloku -18.5%.
***
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi davam edir. TASS xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası 80 seçki məntəqəsində  səsvermənin ilkin nəticələrini açıqlayıb.
Məlumata əsasən, hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 58.04% səslə irəlidədir.
Onun başlıca rəqibi Robert Koçaryanın “Ermənistan” bloku isə yalnız səslərin 22.01%-ni qazanıb.
***
İlkin hesablamalara görə, Sünik (Zəngəzur) bölgəsinin 34 kəndində seçicilər səslərin 45% -ni hazırkı baş nazir N.Paşinyana verib, seçicilərin 40 %-i Robert Köçəryanın "Ermənistan" blokuna səs veriblər.
***
İlkin məlumatlara görə, Ermənistanda parlament seçkilərində seçicilərin 49,4% -i iştirak edib. Səsvermədə 1 milyon 281 min 174 seçici iştirak edib. Bu barədə MSK sədri Tiqran Mukuçyan Mərkəzi Seçki Komissiyasının Məlumat Mərkəzində açıqlama verib.
Seçicilərin 48,63 faizinin (1 milyon 260 min 840 seçici) 2018-ci ilin dekabrında keçirilmiş erkən parlament seçkilərində iştirak etdiyi qeyd olunur.
Yerevandakı seçkilərdə 51,55%(442,846 seçici), Ermənistanın ikinci şəhərində - Gümrüdə 38,42 %(46,912), üçüncü - Vanadzorda 47,55 % (44,554) iştirak edib.
Bu arada, hökumətyönlü medianın xəbərlərinə görə, səlahiyyətlilərin verdiyi "Exit-poll"un nəticələrinə görə, saat 19:00-da - Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" bloku 50,2%, Köçəryanın "Ermənistan ("Hayastan")” bloku 15,7%, "Şərəfim var" bloku 8.4 % səs toplayıb.
Seçkilərdə 25 siyasi təşkilat iştirak edib. Əsas mübarizə baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası ilə "Ermənistan" blokunu formalaşdırmış sabiq prezident Robert Koçaryan arasında gedib.
Partiya blokları üçün keçid baryeri 7 %, partiyalar üçün 5 % təşkil edir. Qanunvericiliyə görə, parlamentdə azı üç siyasi qüvvə təqdim edilməlidir. Səsvermələrin ilk nəticələri yerli vaxtla saat 00:00-dan sonra açıqlanacaq.
Yekun nəticələr səsvermə günündən sonra yeddinci gün ərzində açıqlanmalıdır.
Parlament seçkilərində bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Baş Prokurorluq 64 seçki pozuntusunu qeydə alıb, cinayət işi qaldırılıb.

***
Ermənistanda nadir istisnalar olmaqla, saat 20:00-da bütün seçki məntəqələri bağlanıb. Bu barədə yerli KİV məlumat yayıb.
Artıq seçicilərin seçki məntəqələrinə girişi qadağan olunub. Tezliklə səslərin sayılması prosesinin başlanacağı gözlənilir.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 21 partiya və 4 siyasi blok iştirak edib.
***
Ermənistanın Baş Prokurorluğu bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələrin gedişatında 64 qanun pozuntusu barədə məlumat alıb.
“Report” xəbər verir ki, bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan jurnalistlərə bildirib.
"Saat 08.00-dan başlayaraq, saat 13.00-a qədər biz (pozuntular haqqında-red) 64 məlumat aldıq, onlardan 26-ı üzrə informasiya materialların hazırlanması üçün istintaq orqanlarına verilib. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı üzrə bir cinayət işi qaldırılıb", - Arsenyan deyib.
Qeyd edək ki, Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. İnsident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib. "Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb.
***
15.20

Yerevanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan ailə üzvləri ilə birlikdə səsvermə məntəqəsinə gedib, səs vermək üçün bir neçə dəqiqə növbədə gözləyib.
Bülleteni qutuya atdıqdan sonra jurnalistlərin suallarına cavab vermədən seçki məntəqəsini tərk edib.
***
11.49
Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri bir sıra problemlərlə müşahidə edilir. Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Bunlardan biri seçki məntəqələrində uzun növbələrin yaranmasıdır. Qeyd edilir ki, ajiotaj heç də seçkiöncəsi mübarizənin nəticvəsi ilə yox, səsvermə prosedurunun uzadılması ilə əlaqədardır.

Əvvəlcə seçicilər ikili pasport və barmaq izi üzrə eyniləşdirmə posedurunu keçir. Sonra ona 25 bülleten (hər partiya üçün 1 bülleten) paketi sayırlar. Seçilmiş bülleten zərfə qoymaq və ona holoqram yapışdırmaq lazımdır. Sonra zərf urnaya qoyulur.
Bəzi seçicilər seçki məəntəqələrində çox gözləmələrindən ciddi narazılıq edirlər.
Qeyd edək ki, Ermənistanda bir neçə aydır davam edən daxili ictimai-siyasi böhran fonunda bu gün növbədənkənar parlament seçkiləri keçirilir. Ölkədə yerli vaxtla saat 7:00-da 2 008 seçki məntəqəsi açılıb. Səsvermə Bakı vaxtə ilə saat 20:00-da başa çatacaq. Seçici siyahılarına 2 583 823 nəfərin adı var.
***
09:30
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
“Report”un məlumatına görə, sayca 8-ci olan seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb, saat 20:00-da başa çatacaq.
Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Hazırkı seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edir.

Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf veriləcək. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılacaq.
Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşir.
Ölkədə 2 583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs verəcək.
Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçiriləcək.
Növbəti gün MSK ilkin, yeddi gün ərzində isə yekun nəticəni açıqlamalıdır. Parlamentdəki mandat bölgüsündən sonra konstitusiyaya görə, qüvvələrdən heç biri səslərin 54 faizini qazanmazsa, seçki məcəlləsinə görə bütün partiyaların koalisiya hökuməti qurması üçün altı gün vaxt veriləcək.
Əgər koalisiya qurulmasa, seçki günündən 28 gün sonra ilk turda ən çox səs qazanan iki siyasi qüvvənin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan hesab olunur.скачать dle 12.1