Bia.Az

"Yeni mollanın əvvəlki mollalardan fərqi ondadır ki, azərbaycan türklərini görən gözü yoxdur..."

Siyasət
 20-06-2021, 18:12     216

İrandakı prezident seçkilərində bir mollanı başqa bir molla əvəz elədi. Yeni mollanın əvvəlki mollalardan fərqi ondadır ki, bu molla əvvəlki mollalarla müqaisədə daha qəddardır, daha çox qaniçəndir, azərbaycan türklərini isə görən gözü yoxdur. O, uzun illər İranın hüquq-mühafizə sistemində müxtəlif vəzifələrdə çalışaraq “represiyalar və qətliamlar kralı” kimi tanınmış birisidir. Kİm seçdi bu başkəsən mollanı prezident kürsüsünə? Əlbətə ki, bu seçimi milli mənsubiyyətindən asılı olmayaraq İran vətəndaşları etdilər! İranda doğrudan da seçki saxtakarlığı olmur. Bu molla həqiqətən xalqın səsi ilə seçilib. Hər xalq özünün seçdiyi prezidentə layiqdir. İranın yeni prezidenti İbrahim Rəisi də  İranda ona səs verən hər kəsə layiqdir. Əgər İran vətəndaşları əsassız edamlardan və ümumiyyətlə represiyalardan zövq alırlarlarsa buna sayğı ilə yanaşmaqdan başqa çarə qalmır...
 
Fikrət Yusifov, Sabiq maliyyə naziriскачать dle 12.1