Bia.Az

Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin müəllimləri attestasiyadan keçiriləcək

Siyasət
 14-03-2020, 12:38     298

Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin müəllimləri attestasiyadan keçiriləcək

Azərbaycanda bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlərin attestasiyadan keçirilməsi təklif edilir.

“bia.az” xəbər verir ki, bunun üçün “Peşə təhsili haqqında” qanuna dəyişiklik olunacaq.

Qanunun 13-cü maddəsinə (Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası) təklif edilən dəyişikliyə əsasən, bələdiyyə və özəl peşə təhsili müsəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.скачать dle 12.1