Bia.Az

Bu seçkinin qalibi Paşinyan olacaq - Qubad İbadoğlu

Siyasət
 18-06-2021, 12:03     165

Ermənistanda parlament seçkilərinə iki gün qaldı. Siyasi qüvvələrin seçki  kampaniyası müddətində apardıqları təşviqat zamanı erməni cəmiyyətinin Paşinyanla rəqibləri arasında seçimini də ortay çıxardı.

İndiyədək keçirilən kütləvi görüşlərdə Paşinyan rəqiblərindən daha çox dəstək qazandı.


Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu da Gununsesi.info-ya açıqlamasında hesab edir ki, seçkinin qalibi Nikol Paşinyan olacaq:


“Paşinyan yekun mitinqini keçirdi və bununla da xalqın dəstəyini ən çox qazanan lider olduğunu son dəfə nümayiş etdirdi. Seçkiyə iki gün qaldı, bugünlərdə fovqəlada hadisə baş verməzsə, Paşinyan böyük ehtimalla 21 partiyanın və 4 blokun qatıldığı növbədənkənar parlament seçkisindən qalib çıxacaq, onun opponentləri isə cığallıq edərək seçkinin nəticələrini tanımayacaq”.
скачать dle 12.1