Bia.Az

"TÜRKİYƏ QARABAĞIN TƏHLÜKƏSİZLİYİNİ ÖZ TƏMİNATI ALTINA ALDI" - Politoloq Şuşa Bəyannaməsini şərh etdi

Siyasət
 15-06-2021, 21:05     233

"Gözlənilən oldu. Tarixi Şuşa bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. Bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı qarşısında Türkiyəni də görəcək".

Bunu Türkiyə və Azərbaycan prezidentləri - R.T.Ərdoğan və İlham Əliyevin Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsni  "AzPolitika.info"-ya şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

Xatırladaq ki, Bəyannamədə qeyd olunur"...Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur".
E.Şahinoğlu qeyd edib ki, Türkiyənin Azərbaycanda – Qarabağda formalaşdıracağı hərbi bazalar məmləkətimizin təhlükəsizlik təminatını daha da möhkəmləndirəcək.

"Türkiyənin Şuşada açacağı baş konsulluğu tarixi şəhərimizin təhlükəsizliyinə faydası olacaq. İndi Türkiyə ilə birgə Qarabağdakı birgə fəaliyyətimizi ö nöqtəyə gətirməliyik ki, 5 ildən sonra bölgədə rusiyalı hərbçilər də qalmasın",-deyə politoloq vurğulayıb.скачать dle 12.1