Arxiv

Oxunub:115 / 25 noy 15:24iqtisadiyyat

Gələn ilin maaşlarına ayrılan məbləğ artırılır



Gələn ilin maaşlarına ayrılan məbləğ artırılır




















Azərbaycanın 2017-il dövlət büdcəsinin məxaricinin layihəsində əməyin ödənişi xərcləri 4 milyard 77 milyon manat və ya ümumi xərclərin 24,6%-i həcmində nəzərdə tutulub.

Bu barədə 2017-ci il büdcə zərfinə istinadən xəbər verir.

Əməyin ödənişi üzrə xərclər 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 6,37%, 2016-ci ilin gözlənilən icra proqnozu ilə müqayisədə isə 14,99% çoxdur.

Dövlət büdcəsi istehlakı 2017-ci ilə 7 milyard 200,4 milyon manat məbləğində olmaqla büdcə xərclərində 43,4% səviyyəsində proqnozlaşdırılır. Bu, 2016-cı ilin proqnozlaşdırılan göstəricisi ilə müqayisədə 2,7% çoxdur.

Qeyd edək ki, 2017-ci il üçün büdcə xərcləri 16,6 milyard manat həcmində nəzərdə tutulub.

/// Report