Bia.Az

ABŞ-ın Azərbaycana hərbi yardımı - erməni lobbisi həşir qoparır

Gündəm
 11-06-2021, 11:19     254

Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı komitə sədri, ermənipərəst Robert Menendez Bayden administrasiyasının Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxıb; Natiq Cəfərli: “Maneçilik törətməyə çalışacaqlar, amma düşünmürəm ki...”

Erməni lobbisi etiraz edir ki, ABŞ Azərbaycana hərbi yardım ayırmasın. Bu yardımdan möhkəm narahat olan ermənilər məsələni Senatda müzakirəyə çıxarıblar. “Yeni Müsavat”ın xəbərinə görə, ABŞ dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı etirazla qarşılaşıb.

Blinkenin sözlərinə görə, ABŞ Azərbaycana hərbi yardımın göstərilməsinin məqsədəuyğun olub-olmadığını müzakirə etməyə davam edəcək. Dinləmələr zamanı komitə sədri, ermənipərəst və anti-Türkiyə mövqeyi ilə tanınan Robert Menendez  Bayden administrasiyasının Azərbaycana hərbi yardım göstərməyə davam etmək qərarından məyus olduğunu dilə gətirib. Buna cavabında Blinken qərarın mümkünlüyünü nəzərdən keçirməyə davam edəcəklərini bildirib.
Erməni lobbisi niyə ABŞ-Azərbaycan əlaqələrinin inkişafından, hərbi yardımla bağlı yeni administrasiyanın qərarlı olmasından belə narahatdır? Senat və Konqresdəki ermənipərəst qüvvələr bu yardıma və əməkdaşlığa nə qədər maneə yarada bilərlər? Ümumiyyətlə, hərbi yardım nələri nəzərdə tutur?
2002-ci ildən  bu yardım 411,6 milyon ABŞ dolları təşkil edir. Bu vəsait təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bölüşdürülüb. Bu layihələr içərisində “xarici ölkələrin hərbi maliyyələşməsi” layihəsi mövcuddur. Layihənin həcmi 51 milyon ABŞ dollarıdır. Layihəyə əsasən, ABŞ istehsalı hərbi əmlak siyahısına daxil edilib, hərbi istehsalın və xidmətlərin əldə edilməsinə ayrılan kredit və ya qrantdan ibarətdir.
Digər bir layihə silahların yayılmaması, terrorçuluğa qarşı, minadan təmizləmə və bunlarla bağlı fəaliyyətlərin həyata keçirilməsi üçün ABŞ-ın ayırdığı 37 milyon dollar həcmindəki yardımdan ibarətdir. 2002-ci ildən başlayaraq, hər bir büdcə ilində Azərbaycan cəmi 13 milyon dollar təşkil edən yardım alıb. 2002-ci ildən indiyədək Ermənistana ayrılan hərbi yardımlar həmin layihələr çərçivəsində iki dəfə daha az olmaqla təqribən 196 milyon dollar təşkil edib. Bəs erməni lobbisinin, onun Senatda və Konqresdə olan adamlarının etirazları Bayden administrasiyasının qərarına təsir edə bilərmi?
Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik" » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı
Natiq Cəfərli
Sualımızı cavablandıran REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, erməni lobbisinin niyyəti aydındır. Onun fikrincə, ermənilər Azərbaycanın müasir silahlara çıxış imkanlarının olmamasında maraqlıdırlar: “Ümumiyyətlə, Azərbaycanın Qərb və ABŞ-la münasibətlərində problem yaranmasını istəyirlər. Ona görə erməni lobbisinin atdığı addımların məntiqi aydındır. Ancaq Azərbaycanın tərəfdaşları, öz lobbi fəaliyyəti var. Digər tərəfdən də, ABŞ-ın bölgə ilə bağlı maraqları mövcuddur”.
N.Cəfərlinin sözlərinə görə, Amerikanın regionda Rusiyanın artan təsirlərini azaltmaq maraqları var: “Bu mənada Azərbaycanla əməkdaşlığı sıx şəkildə davam etdirmək istəyirlər. Müxtəlif konqresmenlər, senatorlar hərbi yardımların ayrılmasına maneçilik törətməyə çalışacaqlar, amma düşünmürəm ki, həlledici rol oynasın. Çünki Azərbaycanın tərəfdaşları var, İsraillə sıx əməkdaşlıq edirik və yəhudi lobbisinin Amerikada təsirlərinin olduğunu yaxşı bilirik. Ən əsası, Amerikanın Cənubi Qafqazda Rusiyanın təsirlərinin qarşısını alması Azərbaycanla sıx əməkdaşlıq etmədən mümkün olmayacaq”.
Türkmənistanda saraydaxili müəmma: Prezident iqtidarı oğluna ötürür?
Züriyə Qarayeva
Siyasi şərhçi Züriyə Qarayeva hesab edir ki, erməni səsini Konqresdə duyuran konqresmenlər var: “Bu anlamda ermənilərə ən böyük dəstəyi Nümayəndələr Palatasının tərkibində fəaliyyət göstərən Erməni Məsələləri Qrupu (Armenian Issues Caucus) verir. Bu qrupun 1995-ci ildə yaradıcısı Demokratlar Partiyasının nümayəndəsi olub. ABŞ Konqresində 500-ə yaxın bu cür Qrup (Caucus) fəaliyyət göstərdiyini və prezident Baydenin ermənipərəst fəaliyyətini nəzərə alsaq, Senatda qanun qəbuluna təsir edə biləcəyini söyləyə bilərik”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, Paşinyanın Qarabağ məsələsində ABŞ-dan yetəri yardım ala bilməməsi lobbinin təsir imkanlarına xələl gətirə bilər, istənilən halda müəyyən məsələlər zirvə toplantısındakı görüşlərdən sonra gün üzünə çıxacaq.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden mayda “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətinin uzadıldığını açıqlayıb. Dəyişiklik 1992-ci ildə qəbul edilib. Sənəd ABŞ tərəfindən Azərbaycana dövlət səviyyəsində yardım verilməsini məhdudlaşdırır. Lakin 2001-ci ildən bəri Amerika hökuməti bunu müvəqqəti olaraq dayandırır. Vaşinqton bu qərarın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək, eləcə də Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazım olduğunu bildirir. Bakıda ikigünlük səfərdə olan ABŞ rəsmisi Filip Riker də Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu qeyd edib və ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.скачать dle 12.1