Bia.Az

Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov kimə xidmət edir?

Fakt
 10-06-2021, 13:42     840

Ölkədə demək olar ki, ən çox şikayət edilən qurumlardan biridir “Azəriqaz”. Həm sayğaclaşma ilə bağlı problemlər, həm sərfiyyatdan daha çox pul yazılması, həm qazın təzyiqinin aşağı olması, həm də ümumən bəzi bölgələrdə qaz təchizatındakı çatışmazlıqlar vətəndaşların bu qurumdan narazılığını pik həddə çatdırıb.

“Azəriqaz” İstehsalat Birliyinin  Salyan Regional Qaz İstismarı İdarəsinin Namiq Məmmədovun rəisi fəaliyyətindən növbəti şikayət daxil olub.

7GUN.az-ın məlumatına görə rayon sakinləri "Azərbaycanreallığı"na bildirirlər ki, ilin fəsillərindən asılı olmayaraq, Salyanın Arbatan və digər yol qırağı kəndlərinə demək olar ki, qaz verilmir: “Daha dəqiq desək Salyan Rayon Qaz İstismarı İdarəsi qış aylarında Arbatan kəndinə demək olar ki, qaz vermədi. Zəng vuranda da deyirdilər ki, iş gedir. Camaatın evində xəstə uşağı, yaşlı qocası var. Qışın soyuğunda milləti qazsızlıqdan qırdılar.

Bizim qazları kəsib, harda parnik (istixana) var o kəndlərə verirdi idarənin rəisi. Bu qədər özbaşınalıq olar?”. Vətəndaş açıq suallar verməyə davam edir: “Görəsən, Qaz İdarəsinə kimsə dur deyəcək? Belə zülm etmək olar millətə? Ayıb olsun onlara. Camaat soyuqdan donurdu, şükürlər olsun birtəhər qış mövsümünü yola verdik. Lakin problem növbəti il yenə davam edəcək. Nə qədərki Namiq Məmmədov idarəyə rəhbərlik edir, Salyanın təbii qaz problemi heç vaxt həll olunmayacaq. İdarənin rəisi Salyanda sosial partlayış etmək niyyətindədir. İdarənin rəisinin tapşırığı ilə artıq pul alınaraq, parnik sahiblərinin təbii qaza ehtiyyacı təmin olunur. Nəticədə əhali qaz tərəfdən korluq çəkir amma idarənin rəisinin cibi dolur.

Dəhşətdi!”. Bu arada mətbuatda yayılan iddialara görə, Salyanda “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Cahid Hüseynova məxsus istixanalar mövcuddur. Vətəndaşların iddiasına görə, bəzi kəndlərdə qaz təchizatı dayandırılaraq, məhz həmin istixanaların yerləşdiyi kəndlərə verilir.скачать dle 12.1