Bia.Az

Mayk Tayson Eminemi nokaut etdi - Video

Dünya
 13-03-2020, 15:28     358

Mayk Tayson Eminemi nokaut etdi - VideoDünya boksunun əfsanələrindən hesab olunan 53 yaşlı Mayk Tayson repçi Eminemin “Godzilla” adlı yeni klipinə çəkilib.

bia.az xəbər verir ki, ekran işində “Dəmir Tayson”la yanaşı repçi Dr.Dre də rol alıb.

Klipdə maraqlı məqamlardan biri isə boksçunun Eminemi bir zərbə ilə nokaut etməsi olub.

Qeyd edək ki, ifaçı yeni işıq üzü görən “To Murdered By” albomuna daxil olan “Godzilla” trekində 30 saniyə ərzində 229 söz deyərək öz rekordunu yeniləmişdi.
скачать dle 12.1