Bia.Az

“Cümhuriyyətin 9 şəkli” filmi İŞIQ ÜZÜ GÖRDÜ: Xalq artisti Rasim Balayev baş rolda - Video-film

Cəmiyyət
 28-05-2021, 17:55     675

Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş "Veysəloğlu” Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn "Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib.


BİA.AZ xəbər verir ki, filmdə bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rol təsvir olunub. Burada Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilib.

Filmin vizual mətninin əsas məqsədi bu tarixin tamaşaçıya daha sadə və yığcam dillə çatdırılmasıdır.

İki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlər filmdə xüsusi olaraq vurğulanır.

скачать dle 12.1