Bia.Az

“BELARUS QƏRBƏ MEYDAN OXUYUR” - “Lukaşenko cəzalandırılmasa, Çin və Rusiya da eyni addımı ata bilər”

Gündəm
 28-05-2021, 09:50     222

Aleksandr Lukaşenkonun müxalifətçı jurnalisti həbs etmək üçün Avropanın bir ölkəsindən digərinə uçan sərnişin təyyarəsini məcburi yerə endirməsi, hətta Belarus standartlarına görə də ölçüyəgəlməz və düşüncəsiz hərəkət sayılır.

Baş verən hadisədə Rusiyanın hansı rol oynaması da daxil olmaqla, hələlik bir çox detallar bəlli deyil (Əgər Rusiya burada iştirak edibsə). Lakin bir nəticə aydındır: belaruslu dissidentin havada yaxalanması əməliyyatı aviadaşımalar üzrə bütün beynəlxalq qaydaların kobud formada pozulmasıdır və bu, Çin kimi böyük avtoritar dövlətlər üçün presedent yarada bilər.
Həmin hadisəylə əlaqədar Avropa və digər Qərb ölkələri tərəfindən səsləndirilən “narahatçılığımızı ifadə edirik” sözləri kifayət deyil. Keçən ilin avqustundan indiyədək Lukaşenko öz sovetsayağı rejiminin yaşaması uğrunda mübarizə aparır. O zaman Lukaşenkonun növbəti (altıncı)dəfə seçkilərdə qalib gəlməsini elan etməsi kütləvi küçə yürüşləri ilə nəticələnmişdi. Bundan sonra nümayişlər və tətillər sərt şəkildə dağıdılmış, çoxsaylı həbslər olmuşdu. Tənqidçilərinin bütün səylərinə baxmayaraq, Moskvanın Belarusa qarşı xoş niyyəti köhnə kolxoz sədrinin duruş gətirə bilməsinə imkan verdi.
O, indiyədək müxalifətin ağzını yumur və öz mövqeyini daha da gücləndirir. Məsələn, populyarlıq qazanmış Belarusa aid müxalif xəbər saytı “Tut.by” təzyiqlər nəticəsində öz işini dayandırıb. Hakimiyyət həmin sayta qarşı vergidən yayınma ittihamı ilə cinayət işi qaldırıb.
Bir NATO ölkəsindən digərinə (Yunanıstandan Litvaya) uçan “Ryanair” sərnişin təyyarəsini oradakı dissidenti yaxalamaq üçün enişə məcbur etmək beynəlxalq səviyyəli gərginlik yaradacaq ciddi hadisədir.

Avropa ölkələri və ABŞ Litvaya uçan təyyarənin Minskə məcburi endirilməsiylə bağlı Belarusdan izahat tələb ediblər. Amma çətin ki, onlar hansısa cavab alsınlar. Brüssel belə bir hərəkətə qarşı lazımi güclü cavab vermək üçün Avropa Birliyinin sammitindən istifadə etməlidir.
Baş verən hadisə “Hollywood”un bədii təxəyyül məhsuluna bənzəyir. Afinadan Vilnyusa üçan və içərisində 170 sərnişin olan “Ryanair” şirkətinə məxsus təyyarə Belarusun hava məkanını tərk etməmişdən bir neçə dəqiqə öncə öz uçuş istiqamətini dəyişərək Minskə məcburi eniş edib. Buna səbəb kimi təyyarədə bomba olması göstərilir. 
Nəzərdə tutlumuş eniş(Vilnyus) zolağının daha yaxın olmasına baxmayaraq, bu təyyarə “hava-hava”raketi ilə təchiz edilmiş hərbi təyyarənin müşayiətilə Minskə doğru yönəldilib. 
Təyyarənin enişindən sonra sərnişinlər arasındakı tanınmış jurnalist və “Nexta” xəbər kanlaının keçmiş redaktoru 26 yaşlı Roman Protaseviç və yanındakı rəfiqəsi həbs olunub. Müxalifət lideri Svetlana Tixanovskayanın sözlərinə görə, “Nexta” kanalının keçmiş baş redaktorunu cinayət məsuliyyəti və hətta ölüm hökmü gözləyir.

Avropanın adi bəyanatlar yox, təxirəsalınmadan konkret cavab verməsi ümüdvericidir. Avropa komissiyasının sədri Ursula fon der Leyen deyib ki, “qəzəb doğuran və qeyri-qanunu” olan bu hadisənin bir nəticəsi olacaq. Bəs görəsən, bu nəticə necə olacaq? Sanksiyaları razılaşdırmaqla əlaqədar Avropa Birliyinin 27 ölkəsinin daimi problemlərini nəzərə alsaq, onda Belarusa qarşı mövcud məhdudlaşdırıcı tədbirlərin genişləndiriləcəyinin tezliklə baş verəcəyi çox az ehtimal olunur.
“Oslo Universiteti”ndən Belarus üzrə ekspert Mariya Rohava məntiqi olaraq təklif edir ki, insidentlə bağlı Belarus hava məkanı təhlükəli sahə elan olunmalı, həmçinin də bu ölkənin milli “Belavia” şirkətinə qarşı sanksiyalar tətbiq edilməlidir. Bu tədbirlər Lukaşenkonun baş vermiş hadisəylə bağlı izahat təqdim etməsinə, Roman Protaseviç və rəfiqəsinin azadlığa buraxılmasına kimi sürməlidir.

Daha irəli getmək üçün çoxsaylı üsullar var. Avropanın möcud sanksiyalarına Belarusa silah satışına embarqo qoyulması, viza qadağası və bu hadisədə iştirak edən şəxslər və şirkətlərin aktivlərinin dondurulması daxildir. Bu isə qətiyyən kifayət etmir. Sanksiyalar siyahısını genişlənirmək üçün oraya dövlət şirkətlərini də daxil etmək mümkündür. Belarusun milli gəlirinin əhəmiyyətli hissəsini təşkil edən dünyanın ən böyük kalium gübrəsi istehsalçısı şirkətlərindən biri olan “Belaruskaliy” şirkətinə sanksiya tətbiq edilməlidir.
Əlbəttə, bütün bunlar müyyən çətinliklərlə bağlıdır, çünki Moskvanın köməyi olmadan Minskin həyata keçirdiyi hərəkətlər yəqin ki, mümkün ola bilməzdi. Bax,əsl tapmaca da elə buradadır: daha sərt tədbirlər Moskvanın Belarusu “xəlvəti” işğal etməsini sürətləndirə bilər. Lakin Rusiyaya tabe olmaq çətin ki, Minskin xoşuna gəlsin. Bu, tərəflər arasında gərgin mübahisə yaradacaq. Elə bu səbəbdən də Brüssel və Vaşinqton sərt tədbirlərdən qətiyyən çəkinməməlidirlər.
Digər yandan, Qərb tərəfindən Belarusdakı müstəqil KİV-lərə və vətəndaş cəmiyyətinə dəstək verilməsi kimi müsbət addımların atılması vacibdir.
Sözsüz ki, “Boeing 737-800” təyyarəsinin enişə məcbur edilməsi hiddət yaradacaq hərəkətdir. Əgər Belarus heç nə olmamış kimi bunu edə bilirsə, onda nəyə görə belə bir addımı geniş əraziyə malik Rusiya atmasın? Bəs bunu Çin təkrarlaya bilməzmi? Ona görə də Qərb bu cür hərəkətlərin yolverilməz olması barədə sərt və sərrast bəyanat verməlidir.
“Bloomberg”- ABŞ
Tərcümə: “AzPolitika.info”скачать dle 12.1